Naxçıvan iqtisadiyyatına kredit qoyuluşu 8 % ə yaxın artıb
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Bu il mayın 1-nə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına kredit qoyuluşu 435 milyon 760,9 min manat təşkil edib.
"Cebheinfo.az" bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yerli idarəsinə istinadən xəbər verir. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,5 % çoxdur.
Kredit qoyuluşunun 282 milyon 021 min manatı və yaxud 64,7 %-i özəl bankların payına düşüb. Bu illik müqayisədə 2,3 % azdır.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 127 milyon 981,4 min manat təşkil edib. Bu 1 il əvvələ nisbətən 27,4 % çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi 24,8 %-dən 29,4 %-ə yüksəlib.
Bu il mayın sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 25 milyon 758,5 min manat olub. Bu, illik müqayisədə 58,8 % çoxdur. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi 4 %-dən 5,9 %-ə yüksəlib.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 06 İyun 2025 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















