Naxçıvan kikboksçuları beynəlxalq turnirdə 4 qızıl medal qazanıblar AZƏRTAC
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Naxçıvan, 20 noyabr, AZƏRTAC
Türkiyənin İğdır şəhərində beynəlxalq Muay Tai çempionatı keçirilib. Yarışa Türkiyə, Azərbaycan və İrandan, ümumilikdə, 60 idmançı qatılıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ölkəmizi yarışda məşqçi Namiq Musayevin rəhbərliyi ilə Naxçıvan Kikboksinq Federasiyasının 7 idmançısı təmsil edib. Təmsilçilərimizdən 4-ü qızıl, 3-ü isə gümüş medalçı kimi mükafatçılar sırasına düşüb.
Amin Nəcəfov, Uğur Məmmədli, Hüseyn Həsənov və Ramazan Babayev müvafiq yaş və çəki kateqoriyalarında birinci olublar. Tural Səfərli, Yusif Məmmədov və Şahin Qəribov ikinci yerə layiq görülüblər.
Baxış sayı:111
Bu xəbər 20 Noyabr 2024 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















