Icma.az
close
up
RU
Naxçıvan musiqi mühitinin görkəmli yetirmələri

Naxçıvan musiqi mühitinin görkəmli yetirmələri

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Aysel NOVRUZOVA
AMEA Naxçıvan Bölməsi İncəsənənət Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı

Zəngin mədəniyyəti ilə bəşər tarixinin ən qədim sivilizasiya mərkəzlərindən biri olan Azərbaycanın dünya səviyyəsində qəbul edilən Qobustan, Gəmiqaya qayaüstü rəsmlərində musiqi ilə bağlı təsəvvürlər, musiqi və rəqsin vəhdətindən ibarət olan təsvirlər xalqımızın ilkin musiqi sənətinin, musiqinin xalq həyatında və məişətindəki yerinin göstəricisi olmaqla, musiqinin xalqımızın məişət mədəniyyətinin ayrılmaz tərkib hissəsi kimi önəmli rol oynamasından xəbər verir.

XX əsr bütövlükdə Azərbaycanın ictimai-siyasi həyatında olduğu kimi, Naxçıvanda da ədəbi-mədəni həyatla yanaşı, milli mədəniyyətimizin inkişafında, xüsusilə musiqi sahəsində sürətli inkişaf mərhələsi olub.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən, sovet dövründə davam etdirilən təhsil-mədəniyyət siyasətinin genişlənməsi istiqamətində görülən işlərin nəticəsində muxtar respublikada professional musiqi sənətinin inkişafında yeni mərhələnin əsası qoyuldu. Milli musiqi sənətinin inkişafı, eləcə də musiqi təhsilinin təkmilləşdirilməsi nəticəsində milli musiqi nümunələrinin toplanması, yazıya alınması ilə yanaşı, musiqi məktəblərinin yaranmasına vəsilə oldu. Belə ki, 1937-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin Naxçıvanda əsasını qoyduğu ilk uşaq musiqi məktəbi, bəstəkar Tofiq Quliyevin rəhbərliyi ilə Naxçıvanda Caz orkestri (1942), Dövlət Konsert briqadası (1959) fəaliyyətə başladı. Niyazi, Bülbül, Rəşid Behbudov kimi görkəmli sənətkarların vaxtaşırı muxtar respublikaya səfərləri burada musiqi sənətinin, professional musiqi ocaqlarının təsis olunmasına rəvac verdi. Həmin illərdə Naxçıvan uşaq musiqi məktəbinin məzunlarının Bakıda professional musiqi təhsili alaraq doğma Naxçıvana qayıtması  nəticəsində bir tərəfdən muxtar respublika musiqiçi-pedaqoq kadrlarla təmin edilir, bir tərəfdən bu musiqiçilərin sayəsində müxtəlif xarakterli musiqi kollektivləri yaranır, digər tərəfdən də konsert proqramlarının təşkili və proqramların hazırlanması zamanı burada fəaliyyət göstərən professional təhsilli musiqiçilər bəstəkarlıq fəaliyyətinə meyl edirdilər. Bütün bunlardan əlavə isə muxtar respublikada milli musiqi sənətinin inkişafında mühüm xidmətləri olan, professional musiqi təhsili görmüş kadrların yaradıcı əməyinin nəticəsində bəstəkarlıq sənəti də formalaşıb təkmilləşirdi. Formalaşan baza, görülən işlər nəticəsində 1978-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının plenumu Naxçıvanda keçirildi. Uğurla keçən plenumda qərara alındı ki, Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan şöbəsi yaradılsın. 1980-ci ilin əvvəllərində Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan şöbəsi yaradılır və təşkilatın ilk sədri, görkəmli bəstəkar Ramiz Mirişli seçildi. Təşkilatın məsul katibi vəzifəsinə isə bəstəkar və pedaqoq Məmməd Ələkbərov təyin olundu. Beləliklə, 1980-ci ildən fəaliyyət göstərən Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan şöbəsi 1995-ci ildən etibarən Naxçıvan Bəstəkarlar Təşkilatı kimi formalaşdı.

Yaranmış münbit zəmində Səfər Rəcəbli, Nəriman Məmmədov, Məmməd Məmmədov, Məmməd Ələkbərov, Ramiz Mirişli, Rəşid Məmmədov, Vahid Axundov kimi gənc, istedadlı musiqiçilərdən ibarət ilk bəstəkarlar yetişib. Nəzərə alaq ki, bu sənətkarların bir qismi professional çərçivədə bəstəkarlıq təhsili almamışdı. Amma onların böyük təşəbbüskarlığı ilə ilk bəstələrin yaranması bir tərəfdən Naxçıvanda bəstəkarlıq sənətinin təşəkkülünü gerçəkləşdirir, digər tərəfdən də istedadlı musiqiçilərin bəstəkarlıq sənətinə olan marağını artırmaqla doğma diyarda musiqi sənətinin inkişafına öz töhfəsini verirdi. 

Əsası Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin birinci dövründə qoyulan milli inkişaf strategiyası muxtar respublikanın da mədəni inkişafına öz töhfəsini verdi.

Yaradılan şəraitin bəhrəsidir ki, müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən uşaq musiqi məktəblərinin sayı xeyli artmış, fəaliyyətləri genişlənmişdi. Odur ki, onlar həm respublika, həm də dünya səviyyəli festivallarda, müsabiqələrdə uğurla iştirak edirlər.

Naxçıvan musiqi mədəniyyətinin inkişafında, formalaşmasında Bəstəkarlar Təşkilatının da özünəməxsus yeri və rolu olub. Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı müstəqillik illərində daha da uğurlu fəaliyyət yolu keçib. Muxtar respublikanın mədəni tərəqqisi naminə əzmlə çalışan Bəstəkarlar Təşkilatı Naxçıvanda musiqi sənətinin yaşadılması, inkişafının əsas yükünü üzərinə götürməklə yanaşı, Naxçıvanın mədəni həyatında da fəal iştirak edib, milli mədəniyyətimizin qorunması və yaşadılması sahəsində əməli fəaliyyət göstərib. Bu gün Naxçıvan bəstəkarlıq məktəbinin görkəmli yetirmələrindən Ramiz Mirişli, Nəriman Məmmədovun adları xüsusilə vurğulanır.

Ramiz Mirişli Naxçıvan torpağının yetirdiyi istedadlı bəstəkarlardandır. O, 1934-cü il aprelin 16-da Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhərindəki orta məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına musiqi məktəbində (1952-1954), Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (1956-1962) bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili alıb. Əmək fəaliyyətinə 1954-cü ildən etibarən Azərbaycan Radio-informasiya İdarəsində musiqiçi kimi başlayan Ramiz Mirişli 1962-ci ilədək respublikanın müxtəlif musiqi məktəblərində müəllim işləmişdi. O, 1962-2005-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində musiqi baş redaksiyasında böyük redaktor və baş redaktor vəzifələrində, həmçinin 1987-1995-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasında mahnı və rəqs ansamblının bədii rəhbəri kimi çalışmışdı. Ramiz Mirişli 1978-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan şöbəsi yaradılandan 1998-ci ilədək 20 il müddətində təşkilata rəhbərlik etmişdi. Onun rəhbərliyi ilə həm Naxçıvanda təşkilatın uğurlu fəaliyyəti olmuş, həm də muxtar respublikada fəaliyyət göstərən digər mədəniyyət təşkilatları, musiqi birlikləri ilə əməkdaşlıq qurulmuşdu. O, Naxçıvanda musiqili kadrların yetişməsi və formalaşması istiqamətində çox iş görüb.

Ramiz Mirişli yaradıcılığı boyu musiqinin bütün janrlarına müraciət edib. Müxtəlif janrlarda əsərlər yazıb. Operettalar, kamera orkestri üçün simfoniyalar, simfonik poemalar, simfonik süitalar, kantatalar yazıb, səs və orkestr üçün vokal məcmuələr hazırlayıb, fortepiano üçün süita və miniatürlər, teatr tamaşaları və kinofilmlərə musiqilər yaradıb. Ancaq onu bir bəstəkar kimi xalqa daha çox tanıdan və sevdirən mahnı yaradıcılığı olub. Bəstəkar mahnıya olan sevginin sirrini belə açır: "Mahnı xalq tərəfindən sevilən janrdır. Yəqin bu, muğamatı yaxşı bilməyimdən irəli gəlir. Muğamat elə bir xəzinədir ki, bəstəkarlar ondan nə qədər götürsə də, azalmır, əksinə, artır. Mənə elə gəlir ki, muğam ilahi tərəfindən səmadan göndərilmiş musiqidir. Bu, mükəmməl musiqini yaratmaq qeyri-mümkündür... Onda cavan oğlan idim. Konservatoriyada oxuyurdum. Tələbə dostlarımla tez-tez dənizə gedirdik... Şair İslam Səfərli ilə bir məhəllədə yaşayırdıq. Eşitmişdi ki, konservatoriyada oxuyuram, evinə çağırıb mənə "Dalğalar" adlı şeirini verdi. Mən də ona musiqi yazdım. Bu, mənim ilk professional mahnım oldu. Mahnı hazır olan kimi ürəyimdən keçdi ki, onu Şövkət Ələkbərova oxusun. Şövkət xanıma zəng etdim. O da böyük məmnuniyyətlə təklifimi qəbul etdi. Ancaq o vaxtlar bədii şura vardı. Şeirdəki "çalxalanır dalğalar" sözünə görə mahnı birinci bədii şuradan keçmədi. Dedilər, bu, mahnı sözü deyil. O sözləri rəhmətlik İslam Səfərli "mirvari dalğalar" sözləri ilə əvəz elədi. Mən ona görə sevinirdim ki, ilk mahnımı Şövkət xanım oxuyacaq" .

Ramiz Mirişli xalq ruhunda, xalq dilində yazan bəstəkar olub. Mahnılarının uzunömürlü olmasının, daim dillərdə, könüllərdə səslənməsinin sirri də elə bundadır. Tanınan və sevilən müğənnilərin əksəriyyəti, xüsusən də Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rəşid Behbudov, Flora Kərimova, İlhamə Quliyeva, Yaşar Səfərov, Elmira Rəhimova və digərləri Ramiz Mirişli yaradıcılığına müraciət edib, onun mahnılarını oxuyublar. Sonrakı illərdə də bir sıra müğənnilər onun həzin, qəlbəyatan mahnıları ilə şöhrətləniblər.

Ramiz Mirişlini bəstəkar kimi daha çox tanıdan və sevdirən, əvvəldə deyildiyi kimi, onun mahnı yaradıcılığı olub. Məşhur Azərbaycan şairlərinin sözlərinə yazdığı gözəl mahnılar sənətsevərlərin böyük rəğbətini qazanıb. Kompozisiya bütövlüyü, dərin lirizm, təbiilik, səmimiyyət və emosional təsir gücü onları səciyyələndirən başlıca cəhətlərdir. Ramiz Mirişlinin mahnıları görkəmli ifaçıların repertuarında özünəməxsus yer tutaraq, ölkəmizdə və onun hüdudlarından kənarda müəllifinə şöhrət gətirib. Bu əsərlər doğma yurda məhəbbət və milli dəyərlərə ehtiram aşılamaqla gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında Ramiz Mirişlinin xidmətləri layiqincə qiymətləndirilib. Görkəmli bəstəkar musiqi sənəti sahəsində qazandığı nailiyyətlərə görə Azərbaycan SSR (1982), Naxçıvan MSSR (1974) Əməkdar incəsənət xadimi, Azərbaycan SSR Xalq artisti (1990) fəxri adlarına layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından "Şöhrət" (2004) və "Şərəf" (2014) ordenləri ilə təltif olunmuşdu. R.Mirişli 2015-ci il aprelin 17-sində Bakı şəhərində vəfat edib.

(Ardı var)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:256
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Avqust 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri