Icma.az
close
up
RU
Naxçıvan Muxtar Respublika Stadionu müasir standartlara uyğunlaşdırılacaq

Naxçıvan Muxtar Respublika Stadionu müasir standartlara uyğunlaşdırılacaq

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Naxçıvan, 9 sentyabr, AZƏRTAC

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planında regionun idman infrastrukturunun yenilənməsini əhatə edən mühüm məsələlərdən biri də Naxçıvan şəhərindəki mövcud stadionda, yəni Naxçıvan Muxtar Respublika Stadionunda əsaslı təmir və yenidənqurma işlərinin icrası ilə bağlıdır. İlkin mərhələdə stadionun əsaslı təmirinin və bəzi sahələrində yenidənqurma işlərinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı işlər aparılıb, sentyabrın 8-də “Global Engineering Management Company” şirkəti ilə müqavilə imzalanıb və layihələndirmə işləri həmin şirkətə həvalə olunub. Prosesin gedişatına uyğun olaraq növbəti ildə inşaat işlərinin başlanılması nəzərdə tutulub.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Emil Səmədov deyib.

O qeyd edib ki, stadion beynəlxalq standartlara uyğun süni ot örtüyü ilə təchiz olunacaq. Tribunalar yenilənəcək, oturacaqlar dəyişdiriləcək, tamaşaçılar üçün baxış bucağı maksimum dərəcədə optimallaşdırılacaq. Arenanın giriş-çıxış zonaları artırılacaq, təhlükəsizlik sistemləri yenidən qurulacaq. VAR sisteminin tətbiqi üçün şərait yaradılacaq. Bundan başqa, su, kanalizasiya, istilik, elektrik və havalandırma sistemləri tamamilə yenilənəcək. Komandalar üçün soyunub-geyinmə otaqları, hakim, mətbuat və dopinq nəzarət otaqları müasir standartlara uyğun qurulacaq. Eyni zamanda, stadion ətrafı abadlaşdırılacaq, yeni parkinq sahələri yaradılacaq və əlilliyi olan şəxslər üçün uyğun mühit təmin ediləcək.

"Dövlətimiz tərəfindən stadionun müasir tələblər səviyyəsində qurulması üçün atılan addımlar ölkəmizdə futbolun, ümumilikdə bədən tərbiyəsi və idmanın inkişafına, o cümlədən regionun idman mühitinə mühüm töhfədir. Görülən işlər, eyni zamanda, “Araz-Naxçıvan” PFK-nın ev oyunlarını doğma meydanda, çoxsaylı azarkeşləri önündə keçirməsinə əsaslı zəmin yaradır", - deyə nazirlik rəsmisi əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:413
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri