Naxçıvan Nazirlər Kabinetinin səlahiyyətləri artırılır
Icma.az bildirir, Modern.az portalına istinadən.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri artırılır.
Modern.az xəbər verir ki, bu, Milli Məclisin 8 iyul keçirilən plenar iclasında müzakirə olunan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, Naxçıvan MR Nazirlər Kabineti muxtar respublikanın dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin razılığı ilə mərkəzi icra hakimiyyəti orqanlarını yaradacaq və ləğv edəcək.
Həmçinin bu Konstitusiyaya uyğun olaraq Naxçıvan MR-də icra hakimiyyətini həyata keçirməsindən irəli gələn məsələləri, həmçinin Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edəcək.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 08 İyul 2025 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















