Naxçıvan reysləri gecikir RƏSMİ
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Azərbaycan Hava Yollarının Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan bir sıra reyslərinin uçuşu Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində əlverişsiz hava şəraiti səbəbindən (qatı duman) gecikir.
Gecikən reyslərin sərnişinlərinə aviaşirkətin çağrı mərkəzi tərəfindən məlumat verilir.
Sözügedən reyslər Naxçıvan aeroportu ərazisində hava şəraiti yaxşılaşdıqdan dərhal sonra həyata keçiriləcək.
Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri lazımi vasitələrlə təmin olunacaqlar.
Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 30 Dekabr 2024 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















