Naxçıvan sakini 10 min manatlıq dələduzluqla bağlı saxlanılıb
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Naxçıvanda vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə pul vəsaitlərini mənimsəyən şəxs saxlanılıb.
APA-nın yerli bürosunun məlumatına görə, keçirilən tədbirlərlə bir neçə şəxsə onların övladlarının müxtəlif idman normativlərindən uğurla keçməsinə köməklik göstərə biləcəyini vəd edərək aldadan Əmrah Nağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla onun müxtəlif vətəndaşları eyni üsulla aldadaraq onlardan ümumilikdə 10 min manata yaxın pul vəsaiti aldığı müəyyən edilib.
Faktla bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda həmin şəxsin digər analoji əməllərinin olub-olmaması və dələduzluqdan zərərçəkənlərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 23 Sentyabr 2026 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















