Naxçıvan şəhəri üzrə 13 mindən çox şagird tibbi müayinəyə cəlb olunub
Azertag saytına istinadən Icma.az xəbər verir.
Naxçıvan, 3 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq payız-qış mövsümünün başlanması ilə əlaqədar məktəblərdə şagirdlərin profilaktik tibbi müayinəsi keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirin əsas məqsədi uşaqların sağlamlığının qorunması, onların fiziki və psixi inkişafının izlənilməsi, eləcə də mümkün xəstəliklərin erkən mərhələdə aşkarlanaraq vaxtında müdaxilə olunmasıdır.
Müayinələr pediatr, nevropatoloq, oftalmoloq, LOR və digər ixtisaslı həkimlər tərəfindən aparılıb. Şagirdlərin sağlamlıq vəziyyəti hərtərəfli qiymətləndirilib, aşkar olunan xəstəlik və ya risk faktorları üzrə müvafiq tibbi tədbirlər görülüb. Zərurət yarandıqda uşaqlara xüsusi müalicə təyin edilib və onlar əlavə nəzarətə götürülüb. Naxçıvan şəhəri üzrə ümumilikdə 13 min 143 şagird müayinəyə cəlb olunub.
Qeyd edək ki, bu istiqamətdə görülən profilaktik tədbirlər mərhələli şəkildə davam etdiriləcək və növbəti mərhələdə uşaq bağçalarında tibbi müayinələrin keçirilməsi nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 03 Noyabr 2025 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















