Icma.az
close
up
RU
Naxçıvan şəhərində inşa olunan Regional DOST Mərkəzi bu il istifadəyə veriləcək

Naxçıvan şəhərində inşa olunan Regional DOST Mərkəzi bu il istifadəyə veriləcək

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Naxçıvan şəhərində Regional DOST Mərkəzi inşa olunur və bu il istifadəyə veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, bu barədə Naxçıvan Muxtar Respublikasında əmək və məşğulluq, sosial müdafiə sahələrində aparılan işlərə və qarşıda duran vəzifələrə dair keçirilən infosessiyada bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev DOST xidmətləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi işlərinin Naxçıvan Muxtar Respublikasını da əhatə etdiyini diqqətə çatdırıb. Nazir muxtar respublikanın bütün rayon mərkəzlərində DOST filiallarının yaradılmasının nəzərdə tutulduğunu, bununla bağlı layihələndirmə işlərinin artıq yekunlaşdığını qeyd edib.

Naxçıvan MR-in Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2024-cü ildəki fəaliyyətinin nəticələri təqdim olunub. Muxtar respublikada sosial təminat sahəsində aparılan işlər, son bir ildə 2,2 min nəfərin işlə təmin edildiyi, 2 minə yaxın şəxsin özünüməşğulluq proqramına, 210 nəfərin peşə hazırlığına cəlb olunduğu, 1,7 min şəxsə peşəyönümü məsləhət xidməti göstərildiyi diqqətə çatdırılıb.

İnfosessiyada keçən il Naxçıvan MR-də əlilliyi olan 600-dən çox şəxsə və 18 yaşadək əlilliyi müəyyən olunmuş 550-yə yaxın şəxsə reabilitasiya xidmətləri, tənha ahıl və əlilliyi olan 257 şəxsə evlərində sosial-məişət xidməti göstərildiyi, əlilliyi olan şəxslərə 2,1 min reabilitasiya vasitəsi verildiyi bildirilib.

Ötən ayın əvvəlindən muxtar respublikada əlilliyi olan şəxslərin ambulator və icma əsaslı reabilitasiya xidmətlərinə əlçatanlığını artırmaq üçün onlara “Rehabus” xidmətinin göstərilməsinə başlandığı qeyd edilib.

Naxçıvan MR-də yeni sosial xidmət müəsisələrinin yaradılması üçün aparılan işlər, əmək, məşğulluq, sosial müdafiə sahələrində elektron xidmətlərin, proaktiv təyinat mexanizmlərinin tətbiqi sahəsində atılan addımlar diqqətə çatdırılıb.

“ASAN xidmət indeksi” üzrə 2024-cü il qiymətləndirməsinin nəticələrinə əsasən, Naxçıvan MR-in Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin muxtar respublika üzrə mərkəzi icra hakimiyyəti orqanları arasında 1-ci yeri tutduğu bildirilib.

Naxçıvan MR-də əmək, məşğulluq, sosial müdafiə sahələrində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Mart 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see473

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see213

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see202

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see198

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see192

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see183

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see181

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see178

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see176

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see174

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see165

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see162

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see144

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see143

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see143

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri