Icma.az
close
up
RU
Naxçıvan şəhərində sutkalıq enerji istehlakı ilk dəfə 1 milyon kilovolt saata çatıb

Naxçıvan şəhərində sutkalıq enerji istehlakı ilk dəfə 1 milyon kilovolt saata çatıb

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Naxçıvan, 30 iyul, AZƏRTAC

Son dövrlərdə Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişaf templərinin artması ilə yanaşı, elektrik enerjisinə olan tələbat da əhəmiyyətli dərəcədə yüksəlib. Yeni yaşayış massivlərinin, iaşə obyektlərinin, xidmət sahələrinin genişlənməsi, əhalinin artımı, müəssisələrin çoxalması, eləcə də suvarma sistemlərinin bərpası bu artımı daha da sürətləndirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Naxçıvan Şəhər Elektrik Şəbəkəsinin rəisi Tural Quliyev bildirib.

O qeyd edib ki, son 30 ildə ilk dəfə olaraq Naxçıvan şəhərində sutkalıq enerji istehlakı 1 milyon kilovolt-saata çatıb. Ümumilikdə isə muxtar respublika üzrə elektrik enerjisinə olan tələbat 121 meqavata qədər yüksəlib.

Bu vəziyyət fonunda bəzi vətəndaşların elektrik sayğaclarında ötən aylarla müqayisədə daha yüksək enerji sərfiyyatı qeydə alınıb. Bunun əsas səbəbi vətəndaşlara tətbiq olunan aylıq enerji limiti ilə bağlıdır. 2024-cü il dekabrın 29-da Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikası Tarif Şurasının qərarına əsasən, aylıq istehlak həcmi 200 kVt-saata qədər olduqda 1 kilovat-saat üçün 8,4 qəpik, 200-300 kVt-saat arası 1 kilovat-saat üçün 10 qəpik, 300 kVt-saatdan yuxarı olduqda isə 1 kilovat-saat üçün 15 qəpik müəyyənləşib.

Tural Quliyev vurğulayıb ki, havaların isti keçməsi və kondisionerlərin, soyuducuların intensiv istifadəsi də istehlak limitlərinin aşılmasına səbəb olur: "Qeyd edək ki, enerji sərfiyyatında artım süni şəkildə yaradılmır, bütün göstəricilər tam şəffaf və müasir sistemlər vasitəsilə qeydə alınır. Eyni zamanda, aidiyyəti qurumlar tərəfindən enerji təchizatı sisteminin dayanıqlığı, alternativ enerji mənbələrinin genişləndirilməsi və qənaətcil yanaşma ilə bağlı mühüm işlər davam etdirilir. Təəssüflər olsun ki, bəzi şəxslər bu vəziyyəti düzgün qiymətləndirmədən, ya da məqsədli şəkildə ictimaiyyətdə yanlış təsəvvür yaratmağa çalışırlar. Halbuki ki, muxtar respublikanın enerji təhlükəsizliyinin tam təmin olunması məqsədi ilə Naxçıvan energetikləri tərəfindən 24 saatlıq iş aparılır. Bu, bizim işgüzar nüfuzumuza zərbə vurur. Vətəndaşlar enerji istehlakında diqqətli olmalı, mümkün qədər qənaət etməli və hər ayın əvvəlində limit uyğunsuzluğu müşahidə olunarsa Naxçıvan Şəhər Elektrik Şəbəkəsinə müraciət etməlidirlər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 İyul 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see258

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see225

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see213

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see206

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see180

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see172

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see166

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see146

Ermənistan hələ 3+3 formatına qoşulmağa və iştirak etməyə hazır deyil Millət vəkili

12 Dekabr 2025 14:33see141

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see139

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see133

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see133

Ukrayna cəbhədə PUA lardan istifadə üçün yeni inanılmaz taktikalara keçib Forbes dən detallar

12 Dekabr 2025 18:13see130

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see129

Millimizin üzvü əməliyyat edildi

12 Dekabr 2025 12:41see127

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see127

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see126

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see126

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see124

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri