Naxçıvana gedən yol İranın nəzarətində olacaq Səfir AÇIQLADI
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İran ərazisindən Azərbaycanın digər rayonlarını Naxçıvanla birləşdirən nəqliyyat marşrutu çəkildikdən sonra Azərbaycan yük maşınları yeni marşrutla Naxçıvana çata biləcək.
"Unikal" xəbər verir ki, bu barədə İranın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani mətbuat konfransında bildirib.
"Yeni yol çəkildikdən sonra Azərbaycanın yük maşınları uzunluğu 50 km olan yeni marşrutla Naxçıvana çata biləcək. İran ərazisindən keçən marşrut tamamilə İranın suverenliyi və ərazi bütövlüyü altındadır və gömrük qaydaları İran qanunvericiliyinə uyğun olaraq həyata keçiriləcək", - səfir əlavə edib.
Sobhani bildirib ki, İran milli və ərazi suverenliyi çərçivəsində həyata keçirildiyi müddətcə yolların asfaltlanmasına qarşı deyil: "Biz Ermənistanda yolların açılmasının tərəfdarıyıq, lakin bu, milli və ərazi suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında həyata keçirilməlidir. Biz dəhliz məntiqini ehtiva edən istənilən yola qarşıyıq".
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 06 Fevral 2025 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















