Icma.az
close
up
RU
Naxçıvana hücum o əmr vermədən ba KONKRET

Naxçıvana hücum o əmr vermədən ba KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün İran tərəfindən Naxçıvan aeroportu dron hücumuna məruz qalıb. Hadisə zamanı 4 vətəndaşımız xəsarət alıb, hava limanının infrastrukturuna ciddi zərər dəyib. 

Azərbaycan Müdafiə Nazirliyi məsələyə dərhal reaksiya verib. Bildirilib ki, baş verən hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. Azərbaycan Respublikası Müdafiə Nazirliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır. Qeyd olunub ki, bu hücum aktları cavabsız qalmayacaq.

KONKRET.az Modern.az-a istinadən xəbər verir ki, belə bir hücum təsadüfi olmayıb, onun arxasında SEPAH-ın olduğu aydın sezilir. Belə ki, İranın uzun mənzilli kamikadze tipli Araş-2 pilotsuz uçuş aparatları (PUA) İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) tərəfindən idarə olunur. Dronların istehsalı və texniki baxımı isə İran Müdafiə Nazirliyinin Aerokosmik Təşkilatı tərəfindən həyata keçirilir. Məlumata görə, əməliyyat zənciri belə formalaşıb: əvvəlcə dronlar Aerokosmik Təşkilat tərəfindən hazırlanır və texniki testlərdən keçirilir, daha sonra SEPAH komandası dronların marşrutlarını və hədəflərini planlaşdırır. Uçuş və idarəetmə mərhələsi də SEPAH-ın nəzarətində olur, hücum əməliyyatları və hədəflərin vurulması da onların səlahiyyətindədir.

Hərbi ierarxiya quruluşu sübut edir ki, dronların idarəsi yalnız rəsmi İran hərbi birləşməlrinin ixtiyarındadır. Onların koordinasiyası və komandası olmadan dronlarla hücum həyata keçirilmir.

Beləliklə, hücum əmrinin SEPAH komandanı Əhməd Vahidi-nin göstərici ilə həyata keçirildiyi təsdiqlənir.

Əhməd Vahidi 1958-ci ildə Şirazda doğulub və 1979-cu il İslam İnqilabından sonra SEPAH-a qoşulub. Tezliklə SEPAH-ın kəşfiyyat bölməsində daxili təhlükəsizlik üzrə müavin vəzifəsini tutub. 1980-ci illərdə İran-İraq müharibəsi dövründə kəşfiyyatın rəhbəri olub və İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin yaradılmasında iştirak edib.

Vahidinin karyerasında “Qüds” bölməsinin yaradılması xüsusi yer tutur. Bu, SEPAH-ın İran xaricində əməliyyatlar aparan elit bir strukturudur. Vahidi bu bölmənin ilk komandiri hesab olunur. Onun varisi sonradan Qasım Süleymani olub və 2020-ci ildə ABŞ tərəfindən həlak edilib.

Vahidinin adı Latın Amerikasında ən böyük antisemit terror aktı olan AMIA partlayışı ilə bağlı hallanır. 18 iyul 1994-cü ildə Buenos-Ayresdəki argentinalı Yəhudi Mədəniyyət Mərkəzində törədilən partlayış nəticəsində 85 nəfər həlak olmuş, 300-dən çox şəxs yaralanmışdı.

2006-cı ildə Argentina prokuroru Alberto Nisman terror aktı ilə bağlı qərarın İran rəhbərliyinin ən yüksək səviyyəsində qəbul edildiyini müəyyən edib. Argentina məhkəməsi Vahidi də daxil olmaqla 9 İran və Livan vəzifəlisi üçün beynəlxalq həbs əmri çıxarıb. Hələ də İNTERPOL onun üçün “qırmızı bildiriş”i saxlayır.

Buna baxmayaraq, Vahidi İran rəhbərliyində karyerasını davam etdirib. 2005-ci ildə o, müdafiə nazirinin müavini, 2009–2013-cü illərdə isə Mahmud Əhmədinejadın prezidentliyi dövründə müdafiə naziri olub. Onun bu təyinatları beynəlxalq etirazlara səbəb olub, 2011-ci ildə isə Boliviya onu diplomatik qalmaqal səbəbindən rəsmi tədbirdən çıxarmağa məcbur olub.

2021-ci ildə Vahidi İbrahim Rəisinin hökumətində daxili işlər naziri təyin edilib. O, Ali Xameneinin sərt tərəfdarı və İsrail və ABŞ-a qarşı ən radikal xəttin tərəfdarı hesab olunur. Onun əvvəllər verdiyi bəzi açıqlamalar diqqət çəkib. Belə ki, o, İranın nüvə obyektlərinə zərbə endirəcəyi təqdirdə, İsrail mövcudluğunu itirəcək. Qasım Süleymaninin öldürülməsindən sonra isə o, “amerikalıların nəfəsini kəsəcək cavab” veriləcəyini bəyan etmişdi.

Belə bir təcrübəyə malik şəxsin SEPAH-ın başına gətirilməsi  hətta hərbi infrastruktura zərbələr endirilsə belə İran rejiminin öz siyasətini yumşaltmaq niyyətində olmadığını göstərir. Üstəlik, beynəlxalq axtarışda olan və mülki vətəndaşların kütləvi öldürülməsində günahlandırılan bir şəxs ölkənin əsas hərbi strukturlarından birinə rəhbərlik etməsinin yaratdığı təhlükə bu gün Naxçıvana hücumla təsdiqini tapdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Mart 2026 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri