Naxçıvana hücumla bağlı Səudiyyədən açıqlama
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Səudiyyə Ərəbistanı İran pilotsuz uçuş aparatları ilə Azərbaycana zərbə endirməsini, həmçinin Türkiyəyə PUA ilə hücum etmək cəhdini pisləyib.
Axar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"İki ölkəyə qarşı bu qorxaq cəhdlər, həmçinin İranın region dövlətlərinə qarşı təkrarlanan həyasız davranışı heç bir halda bəraət qazandırılması mümkün olmayan düşmənçilik kursunun sübutudur. Bu, həm də beynəlxalq qanunlara, normalara və mehriban qonşuluq prinsiplərinə açıq şəkildə ziddir və gərginliyin daha da artmasına gətirib çıxarır", - bəyanatda deyilir.
Səudiyyə Ərəbistanı Türkiyə və Azərbaycanla, onların hökumətləri və xalqları ilə tam həmrəyliyini ifadə edir, hər iki ölkənin öz təhlükəsizliyini, hava məkanını, ərazi bütövlüyünü və vətəndaşlarını qorumaq hüququnu təsdiqləyir. Həmçinin onların gərginliyin qarşısını almaq, regionda təhlükəsizliyi və sabitliyi qorumaq üçün göstərdikləri səyləri yüksək qiymətləndirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 05 Mart 2026 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















