Icma.az
close
up
RU
Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət İki məşhurun həbsi…

Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət İki məşhurun həbsi…

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səhhət Həbibbəylinin istintaqa ifadələri oxuyan hər kəsdə heyrət doğurub. Ona görə yox ki, rüşvət və başqa qanunsuz hallara yol verilib. Ona görə ki, bu qeyri-qanunu prosedurda adları keçən və Həbibbəyliyə cinayət ortaqlığı etmiş şəxslər hələ də azadlıqdadır.

S.Həbibbəyli deyib ki, hər il Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova 30 milyon dollar rüşvət verib. Bu ifadə Vasif Talıbovun həbsi və istintaqa cəlb edilməsi üçün ciddi əsasdır.

Sfera.az yenisabah.az-a istinadən xəbər verir ki, Səhhət Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, deputat İsa Həbibbəylinin oğludur.

Bundan öncə də oxşar hadisə olmuşdu. Naxçıvan MR-ın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi polkovnik Mirzə Cəlilov məhkəmədə ifadə verərək aldığı rüşvəti yuxarı instansiyalara ötürdüyünü yerli-yataqlı bildirmişdi.

S.Həbibbəyli ifadəsində Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbova hər il minimum 30 milyon dollar çatdırdığını söyləyib. Generalın sözlərinə görə, toplanan məbləğlər get-gedə artdıqdan sonra rəhbərliyə çatdırdığı pulun miqdarı 34 milyon dollar idisə, növbəti il artıq 38 milyon 400 min dollar olub. Maraqlıdır, bu ifadədən sonra Vasif Talıbov ətrafında nə kimi hüquqi tədbirlər aparılmalıdır?

Polkovnik Mirzə Cəlilova gəldikdə o, rəis kimi çalışdığı dövrdə 1159 nəfərə hərbi xidmətə yararsız və ya möhlət verilməsi qarşılığında 2 milyon 464 min manat rüşvət almaqda ittiham edilir. Cəlilov həmin pullardan hər rüb 10 min manat götürdüyünü etiraf edib. Qalan pullar isə rəhbərliyə çatdırdığını deyib. Bu qədər açıq, detallı ifadələrə baxmayaraq hər iki ifadə üzrə saxlanılan, istintaqa cəlb edilən hələ ki, yoxdur.

M.Cəlilovun verdiyi ifadələrdən sonra general Arzu Rəhimov və digərləri saxlanılmalıdırmı? Hüquq bu haqda nə deyir?

Globalinfo.az-a danışan vəkil Mehman Muradlının sözlərinə görə, sabiq rəislərlə bərabər V.Talıbov və A.Rəhimov da həbs olunmalıdırlar.

O deyib ki, istintaq orqanlarının pulların Talıbovla Rəhimova hansı səbəbdən çatdırılması ilə bağlı sual verib-verməməsini də aydınlaşdırmaq lazımdır:

“Vasif Talıbov pulu niyə tələb edib, o pullar onlara hansı formada təqdim olunub və s. kimi məsələlərin hamısı öz əksini tapmalıdır. Ondan sonra V.Talıbov artıq cinayət məsuliyyətinə cəlb olunmalı və istintaq hərəkəti davam etməlidir. O, bir neçə maddə üzrə ittiham olunur. Həm vəzifə səlahiyyətlərini aşması, həm də korrupsiya cinayətləri ilə bağlı iddia var. Hətta Talıbovla bağlı bir neçə maddə üzrə cinayət təqibi başlana bilər”.

Arzu Rəhimova gəldikdə isə, vəkilin fikrincə, burada həm Vasif Talıbov, həm də Arzu Rəhimov saxlanılmalıdır:

“Adam ifadəsində deyir ki, aldıqları “qeyri-rəsmi rüsumlardır”. Belə bir rüsum anlayışı yoxdur. O sözü o vaxt DGK-nin sabiq sədri Tahir Əliyev gətirmişdi. Demişdi ki, iki cür rüsum yığılır, biri rəsmi, biri qeyri-rəsmi. Belə bir rüsum olmadığı üçün onlar da cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”.

Qeyd edək ki, Səhət Həbibbəylinin 4 il ərzində Vasif Talıbova verdiyi illik rüşvətin ümumi məbləği 1 milyard 500 milyon edir. Bu, olduqca ciddi məbləğdir. Dövlətin və vətəndaşın soyulmasıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://sfera.az
archiveBu xəbər 13 Yanvar 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri