Naxçıvanda 2 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Naxçıvan, 15 sentyabr, AZƏRTAC
Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistralının Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, "KİA" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəzada sürücü, 1998-ci il təvəllüdlü Qələndərov Azər Asəf oğlu və sərnişin, 2003-cü il təvəllüdlü Əliyeva Sevinc Hüseyn qızı xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.

Şamaxıda 5 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib
03 İyun 2025 22:40
Sumqayıtda üç nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari qəza olub
21 Aprel 2025 08:03
Lənkəranda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib
02 Mart 2025 02:33
ADY 4 nəfərin xəsarət alması ilə nəticələnən qəza ilə bağlı açıqlama yayıb
15 Fevral 2025 13:34
Qaradağda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub
12 Yanvar 2025 05:26

