Icma.az
close
up
RU
Naxçıvanda 300 ə yaxın kənd təsərrüfatı texnikası dövlət qeydiyyatına alınıb

Naxçıvanda 300 ə yaxın kənd təsərrüfatı texnikası dövlət qeydiyyatına alınıb

Icma.az bildirir, Azertag portalına istinadən.

Naxçıvan, 9 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı texnikalarının qeydiyyatı və texniki nəzarəti istiqamətində şəffaflığın artırılması və idarəetmənin rəqəmsallaşdırılması məqsədilə bir sıra yeniliklər tətbiq olunub. Ötən ildən etibarən Naxçıvan Aqrar Xidmətlər Mərkəzi “TexnazApp” adlı daşınar əmlakın rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sisteminə qoşulub. Bu sistem vasitəsilə kənd təsərrüfatı texnikalarının qeydiyyatı daha çevik və nəzarətolunan şəkildə həyata keçirilir. Bu günə qədər muxtar respublika üzrə 146-sı ilkin, 151-i isə təkrar qeydiyyat olmaqla, ümumilikdə, 297 nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınıb. Eyni zamanda, 11 texnika istismara yararsız olduğuna görə uçotdan çıxarılıb, 394 nəqliyyat vasitəsinə isə dövlət texniki baxışı keçirilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Səbuhi Həsənov deyib.

O qeyd edib ki, yeni yanaşmalardan biri də mexanizatorların elektron sistem üzrə imtahanlara cəlb edilməsidir. Ötən il ilk dəfə tətbiq olunan bu sistem vasitəsilə 131 mexanizator imtahan verərək traktor və digər kənd təsərrüfatı texnikasını idarə etmək üçün sürücülük vəsiqəsi əldə edib. Həmçinin 252 vəsiqə yenilənib.

"Texniki baxış və qeydiyyat proseslərinin daha əlçatan olması üçün Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən vətəndaşlara səyyar xidmətlər göstərilir. Cari ilin əvvəlindən etibarən Şərur, Ordubad, Culfa, Kəngərli və Sədərək rayonlarından olan texnika istifadəçiləri üçün bu xidmətlər təşkil olunub"- nazirliyin rəsmisi əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see196

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see141

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see135

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri