Naxçıvanda 4037 hektar sahədə yazlıq bitkilərin əkini həyata keçirilib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Naxçıvan, 5 iyun, AZƏRTAC
Cari ilin ilk yarımilində muxtar respublikada 4037,5 hektar sahədə yazlıq bitkilərin əkini həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz çoxdur.
Əkin strukturu əsasən dənli və dənli paxlalı bitkilər, dən üçün qarğıdalı, kartof, tərəvəz, bostan bitkiləri və yemlik bitkilərdən ibarətdir.
Ən çox əkin aparılan bitkilər arasında 1192 hektar sahədə arpa, 616,2 hektar sahədə dən üçün qarğıdalı, 576,4 hektar sahədə kartof, 224 hektar sahədə qarpız və 1034,4 hektar sahədə yonca üstünlük təşkil edib.
Hazırda təkrar yazlıq əkinlər həyata keçirilir.
Müxbir- Nail Əsgərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 05 İyun 2026 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















