Naxçıvanda açıq kitabxana yaradılacaq
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Naxçıvan, 6 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi ilə “Azercell Telekom” MMC-nin əməkdaşları arasında üçtərəfli onlayn görüş keçirilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, görüşdə muxtar respublikada açıq kitabxana layihəsinin yaradılması istiqamətində müzakirələr aparılıb.
Qeyd olunub ki, layihənin ilkin olaraq ölkədə üç yerdə - Bakı şəhərində, Naxçıvanda və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilməsi nəzərdə tutulub. Bunun üçün əvvəlcə köşklər qurulacaq və burada çap məhsulları yerləşdiriləcək. Köşklərdə “Azercell” tərəfindən göstəriləcək “Bookmate” xidməti vasitəsilə oxucular milli və dünya ədəbiyyatı şedevrlərini EPUB (Electronic Publication) formatında oxuya, eyni zamanda, audio kitabları dinləyə biləcəklər.
Açıq kitabxanada “Uşaq guşəsi”, “Dövri mətbuat bölməsi”, “Açıq rəf”, “Milli musiqi guşəsi”, “Azad wi-fi zonası”, “Kitabı kitaba dəyişmək guşəsi” və Milli Kitabxananın elektron kataloquna və kitabxanasına giriş oxucuların istifadəsinə veriləcək. Köşklərdə mövcud olan kitablar zamanla kitabsevərlərə hədiyyə olunacaq və yeni kitablarla zənginləşdiriləcək. Kitabların oxunması ilə yanaşı müxtəlif əyləncəli tədbirlərin keçirilməsidə nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 06 Fevral 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















