Naxçıvanda ağır yol qəzası oldu, ölən və yaralanan var KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Naxçıvan şəhərində iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində baş verib.
Qəza zamanı “Mercedes” markalı avtomobillə “NAZ-Lifan” (taksi) markalı avtomobil toqquşub. Nəticədə ikincinin sürücüsü Naxçıvan şəhər sakini 1988-ci il təvəllüdlü Cəfərov Sərxan Kamran oğlu hadisə yerindəcə vəfat edib. Avtomobildə olan digər sərnişin Babək rayon Hacıvar kənd sakini 2004-cü il təvəllüdlü Sübhan Abbas Aftandil oğlu yaralanıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 11 Mart 2025 09:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















