Icma.az
close
up
RU
Naxçıvanda Arzuya çevrilən koreyalı şagird Kim Samonq: Buraları sevirəm

Naxçıvanda Arzuya çevrilən koreyalı şagird Kim Samonq: Buraları sevirəm

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Yəqin ki, universitetlərdə təhsil alan koreyalı tələbə gəncləri çoxumuz görmüşük. Amma məktəbli koreyalı görmək təsadüfən mümkündür ki, bu Naxçıvan şəhər A.Cəlilov adına 12 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Kim Samonqdur. Bəli, o məhz Naxçıvan məktəblisidir. 

1-ci sinifdən burada təhsil alan 11 yaşlı şagirdə müəllimləri və sinif yoldaşları Arzu deyir. Onunla söhbətləşərkən, ilk növbədə, niyə məhz burada Arzu adını seçdiyini öyrənirik. Deyir ki, Kim Samonq adını ona atası qoyub, Koreya dilində mənası "arzu” deməkdir. Elə biz də bundan sonra hər kəs kimi ona Arzu deyə səslənəcəyik.  


Arzunun anası Seo Sumi Seo və atası Kim Dosinq Cənubi Koreyanın Ulson şəhərindəndir. Dediyinə görə, ailəsi artıq 14-15 ildir ki, işləri ilə bağlı Naxçıvanda yaşayırlar və hazırda Koreya dili üzrə kurs keçirlər. Arzu Koreyada anadan olub, daha sonra ailəsi bura köçüb. O, "Koreyaya tez-tez gedib-gəlirik” deyir.

Birinci sinfə gedəndə dillə bağlı problem yaşayıbmı sualına Arzu "1-ci sinifdə yaxşı bilmirdim, amma sonra az-az öyrəndim” cavabını verir: "Sinif yoldaşlarımla rahat şəkildə danışıram, dərsləri bu dildə yaxşı anlayıram”. 

Arzunun məktəbdə çoxlu dostları da var: "Səma, Fatimə, Ləman ən yaxın dostlarımdır. Dərsdən sonra da onlarla görüşürəm”. Deyir ki, ən çox ingilis dili və riyaziyyat fənlərini sevir: "Qiymətlərim yaxşıdır. Ən yaxşı riyaziyyatdan yüksək qiymət alıram”.

Gələcəkdə isə rəssam olmaq istəyir. Elə sinif yoldaşları da deyir ki, yaxşı rəsmlər çəkir. Arzu həm də Koreya milli rəqsini də gözəl oynayır. Məktəbdə və məktəbdənkənar tədbirlərdə öz milli paltarı ilə rəqs edir. 


Azərbaycanın mətbəxini, yeməklərini də çox sevir. Deyir ki, Koreyaya gedəndə orada olanlara ilk yeməklər haqqında danışır: "Orada olan yaşıdlarıma buradakı sinif yoldaşlarımdan, müəllimlərimdən danışıram. Deyirəm ki, Naxçıvan sakit və təmiz şəhərdir”.

"Sənə burada yaşamaq rahatdırmı?” sualına gülə-gülə və bütün səmimiyyəti ilə "çox rahatdır” deyir. Evdə Koreya dilində kitablar oxusa da, yadında qalmadığından şikayətlənir. Görünür ki, koreyalı olsa da, artıq bir azərbaycanlı kimi düşünür və buranı özünə Vətən hesab edir: "Azərbaycan dilini bildiyim üçün qayıdandan sonra orada dili hər kəsə öyrədə bilərəm”.  

Ata-anası gəzməyi sevdiyi üçün Naxçıvanın hər yerini gəzib, hər yer çox gözəldir deyir. 

Ədəbiyyat dərsində sakitcə əyləşib dərs prosesini izləyirik. Bütün şagirdlər kimi, Arzu da suallara cavab vermək üçün canfəşanlıq göstərir. Müəllim ona söz verəndə ana dilimizdə sərbəst şəkildə dərsini danışır. 


Müəllimi, həm də sinif rəhbəri olan Aynur Fərəcovadan Arzunu soruşuruq, deyir ki, koreyalı olmağına baxmayaraq dərslərdə fikrini çox aydın bildirir, gözəl nitqi var: "Hansı mövzuda olursa-olsun sərbəst danışır. Xüsusilə vətən mövzusunda inşa və ya esse verəndə sanki bir azərbaycanlı kimi yazır. Çox mehriban, ünsiyyətcil, səmimi qızdır. Sinif yoldaşları arasında öz sevgisini qazanıb. Bütün tədbirlərimizdə çox fəal iştirak edir. Şəhidlərimiz, qazilərimiz haqqında məlumatlıdır”. 

Müəllimi deyir ki, Arzu həm də həssas və duyğulu qızdır: "Bütün məktəb onu sevir, buranın sevimlisidir”. 

Dərslərinə çox mane olmamaq üçün onunla sağollaşırıq. Görünür ki, o, məktəbdə öz davranışı, səmimiyyəti və xarakteri ilə hörmət qazanıb və hər kəsin sevimlisinə çevrilib.

Mənbə: Azərbaycan müəllimi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Sentyabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see286

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see161

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see130

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri