Icma.az
close
up
RU
Menu

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

Sarıkökün bu faydalarını çoxları bilmir

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

Sofiya Universitetində “Azərbaycan suveren dövlətçilik yolunda” sərgisinin açılışı

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

Naxçıvanda Azərbaycan Türkiyə Rəqəmsal Yaradıcılıq Forumu keçirilib FOTOLAR

Naxçıvanda Azərbaycan Türkiyə Rəqəmsal Yaradıcılıq Forumu keçirilib FOTOLAR

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

27 fevral 2025-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı, Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzi, Azərbaycan Gənclər Fondunun Naxçıvan filialı, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” İctimai Birliyi və Qida Təhlükəsizliyi Hərəkətının tərəfdaşlığı ilə "Azərbaycan-Türkiyə Rəqəmsal Yaradıcılıq Forumu" keçirilib. Forumun əsas məqsədi Azərbaycan və Türkiyə arasında rəqəmsal yaradıcı sənayelərdə peşəkar inkişafı və əməkdaşlığı gücləndirmək, innovativ yanaşmaları və mədəni əlaqələri təşviq etməkdən ibarətdir. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhunun bir dəqiqəlik sükutla anılması və hər iki dövlətin himnlərinin səsləndirilməsi ilə açıq elan edilib. Forumun rəsmi açılışında çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan filialının direktoru Arzu Qasımov bildirib ki, rəqəmsal yaradıcı sənayelərin inkişafı müasir gənclər üçün yeni imkanlar yaradır və bu sahədə Azərbaycan-Türkiyə əməkdaşlığının gücləndirilməsi böyük əhəmiyyət daşıyır. O, forumun gənc yaradıcıların, startapçıların və rəqəmsal sənaye mütəxəssislərinin bir araya gələrək təcrübə mübadiləsi aparması, yeni ideyalar və layihələr üzərində əməkdaşlıq etməsi üçün mühüm platforma olduğunu vurğulayıb.
Çıxış edən “Gənclərin Töhfəsi” İctimai Birliyinin rəhbəri Asim Vəliyev bildirib ki, forum Azərbaycan və Türkiyə gəncləri arasında rəqəmsal yaradıcı sənayelərdə əməkdaşlığın möhkəmləndirilməsi, innovativ ideyaların dəstəklənməsi və birgə layihələrin reallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. O, gənclərin rəqəmsal sahədə bilik və bacarıqlarının artırılmasının vacibliyini vurğulayaraq, belə tədbirlərin iki qardaş ölkənin gəncləri arasında təcrübə mübadiləsini təşviq etdiyini və yeni imkanlar yaratdığını qeyd edib.
Çıxış edən “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” İctimai Birliyinin sədri, layihə rəhbəriMəhsəti Hüseynova bildirib ki, rəqəmsal texnologiyaların qida təhlükəsizliyi sahəsində tətbiqi bu sahədə şəffaflığın artırılması, izlənilə bilənlik sistemlərinin inkişafı və innovativ həllərin yaradılması baxımından böyük əhəmiyyət daşıyır. O, Azərbaycan və Türkiyə arasında qida təhlükəsizliyi sahəsində bilik və təcrübə mübadiləsinin vacibliyini qeyd edərək, rəqəmsal platformalar vasitəsilə istehsaldan istehlaka qədər olan proseslərin daha effektiv idarə olunmasının mümkünlüyünü vurğulayıb. Məhsəti Hüseynova, həmçinin, belə forumların iki ölkənin mütəxəssisləri və gəncləri üçün yeni əməkdaşlıq imkanları yaratdığını bildirib.
Çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin şöbə müdiri Pərvin Həsənovbildirib ki, rəqəmsal yaradıcı sənayelərin inkişafı mədəni irsin qorunması və dünyaya tanıdılması baxımından mühüm rol oynayır. O, Azərbaycan və Türkiyə arasında mədəni əlaqələrin dərin köklərə malik olduğunu vurğulayaraq, rəqəmsal texnologiyaların bu sahədə yeni imkanlar açdığını qeyd edib. Pərvin Həsənov, həmçinin, Naxçıvanın zəngin mədəni irsinin rəqəmsallaşdırılması və beynəlxalq platformalarda tanıdılması istiqamətində görülən işlərdən danışaraq, belə forumların yaradıcı gənclərin və mütəxəssislərin bir araya gələrək birgə layihələr həyata keçirməsinə töhfə verdiyini bildirib.
Çıxış edən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin millət vəkili Gülşad Rüstəmova bildirib ki, Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq bütün sahələrdə, o cümlədən mədəni və yaradıcı sənayelərdə özünü göstərir. O, rəqəmsal texnologiyaların sürətli inkişafının yeni imkanlar yaratdığını və bu sahədə gənclərin fəal iştirakının vacibliyini vurğulayıb. Gülşad Rüstəmova qeyd edib ki, belə forumlar iki qardaş ölkənin gəncləri arasında bilik və təcrübə mübadiləsini gücləndirir, innovativ layihələrin reallaşdırılmasına təkan verir. O, Azərbaycan və Türkiyə arasında rəqəmsal yaradıcı sənayelərin inkişafına yönəlmiş gələcək əməkdaşlıq təşəbbüslərini dəstəklədiyini bildirərək, gəncləri bu imkanlardan maksimum yararlanmağa çağırıb.
Çıxış edən Türkiyə Cumhuriyyətinin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Sayın Asip Kaya bildirib ki, Azərbaycan və Türkiyə qardaşlığı bütün sahələrdə olduğu kimi, mədəni və yaradıcı sənayelərdə də özünü göstərir və bu əməkdaşlıq daim genişlənməkdədir. O, rəqəmsal yaradıcı sahələrin müasir dövrün ən dinamik inkişaf edən sektorlarından biri olduğunu vurğulayaraq, bu istiqamətdə birgə təşəbbüslərin vacibliyini qeyd edib. Sayın Asip Kaya, Azərbaycan və Türkiyə gənclərinin innovativ layihələrdə fəal iştirak etməsinin, bilik və təcrübə mübadiləsinin hər iki ölkənin mədəni irsinin qorunmasına və qlobal səviyyədə tanıdılmasına töhfə verəcəyini bildirib. O, forumun təşkilinə görə minnətdarlığını ifadə edərək, belə tədbirlərin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Çıxış edən Türkiyə Cumhuriyyətinin İğdır AK Parti Aralık Bələdiyyə sədri Mustafa Güzelkaya bildirib ki,Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələri təkcə siyasi və iqtisadi sahələrlə məhdudlaşmır, eyni zamanda mədəni və yaradıcı sənayelərdə də özünü göstərir. O, rəqəmsal dövrdə mədəni irsin qorunması və yeni nəsillərə ötürülməsi üçün texnologiyaların əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib. Mustafa Güzelkaya forumun iki ölkənin gəncləri üçün yeni əməkdaşlıq imkanları yaratdığını və Azərbaycan-Türkiyə dostluğunun daha da güclənməsinə töhfə verdiyini bildirib. O, gələcəkdə bu cür tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayaraq, bütün iştirakçılara uğurlar arzulayıb.
Çıxış edən “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev bildirib ki, rəqəmsal yaradıcı sənayelər müasir dövrün əsas inkişaf istiqamətlərindən biridir və bu sahədə Azərbaycan-Türkiyə əməkdaşlığı gənclərin innovativ potensialının reallaşdırılmasına geniş imkanlar açır. O, forumun iki qardaş ölkənin yaradıcı gənclərinin bilik və təcrübə mübadiləsi aparması, yeni ideyalar əsasında birgə layihələrin hazırlanması üçün mühüm platforma olduğunu vurğulayıb. Ramil Əliyev, həmçinin rəqəmsal texnologiyaların qida təhlükəsizliyi, mədəni irsin qorunması və sosial innovasiyalar sahəsində tətbiqinin əhəmiyyətindən bəhs edərək, bu istiqamətdə birgə əməkdaşlığın davam etdirilməsinin vacibliyini bildirib.
Daha sonra forum "Rəqəmsal Dünyada Yaradıcılıq" panel hissəsi ilə davam edib. Panelə layihə rəhbəri Məhsəti Hüseynova moderatorluq edib. Paneldə Naxçıvan Dövlət Universitetinin əməkdaşı Hüseyn Əsgərli, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Anar Təhməzli, Türkiyə Cumhuriyyəti İğdır Aralık Bələdiyyəsinin rəqəmsal mühəndislik üzrə əməkdaşı Ferhat Güzelkaya, Naxçıvan gənclərindən ibarət robot hazırlayan komandanın üzvləri olan layihə rəhbəri Şamil Əhmədov, layihə icraçısı Mirdamət Seyidov, 3D qrafik mühəndisi Məhəmmədəli Hacıyev, yazılım mühəndisi Abbas Zeynalov, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi Baş İdarəsinin əməkdaşı Emin Elyazov çıxış edib. Panel müzakirələri zamanı rəqəmsal texnologiyaların yaradıcı sənayelərdə rolu, innovativ həllərin tətbiqi və gənclərin bu sahədə iştirak imkanları geniş şəkildə müzakirə edilib. Spikerlər rəqəmsal mühəndislik, proqram təminatı, 3D qrafika və robototexnika sahəsində təcrübələrini bölüşərək, bu istiqamətdə Azərbaycan və Türkiyə arasında əməkdaşlıq perspektivlərini vurğulayıblar.
Robot hazırlayan gənc komanda üzvləri layihələrinin ideyası, texniki həlli və tətbiq sahələri barədə təqdimat edərək, rəqəmsal texnologiyaların gələcək inkişafı ilə bağlı fikirlərini bölüşüblər. Panel iştirakçıları həmçinin gömrük və logistika sahəsində rəqəmsallaşmanın əhəmiyyətini, eləcə də mədəniyyət və innovasiyanın vəhdətinin yeni imkanlar yaratdığını qeyd ediblər.
Sonda panel iştirakçıları rəqəmsal yaradıcı sahələrdə yeni təşəbbüslərin dəstəklənməsi və gənclərin bu proseslərə daha aktiv cəlb olunmasının vacibliyini vurğulayıblar.
Forum Naxçıvan Dövlət Filarmoniyasının ansamblının iştirakı ilə keçirilən konsert proqramı ilə yekunlaşıb. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.














Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Fevral 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see279

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see184

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see179

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see141

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see135

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see131

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see131

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see130

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see130

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see129

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see129

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see129

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see129

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see128

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see127

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see125

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

19 Oktyabr 2025 07:08see122

Sofiya Universitetində “Azərbaycan suveren dövlətçilik yolunda” sərgisinin açılışı

19 Oktyabr 2025 06:45see121

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri