Icma.az
close
up
RU
Naxçıvanda bələdiyyə sədrləri üçün təlim keçirilib

Naxçıvanda bələdiyyə sədrləri üçün təlim keçirilib

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

May ayının 1-də Naxçıvan Muxtar Respublikası Ədliyyə  Nazirliyinin və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları birgə təşkilatçılığı ilə bələdiyyə sədrləri üçün təlim keçirilib. "Bələdiyyələrin maliyyə dayanıqlılığı və Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminin rolu” (BAMS) mövzusunda  təşkil olunan təlimdə  Naxçıvan Muxtar Respublikası üzrə fəaliyyət göstərən bələdiyyələrin sədrləri iştirak ediblər.

Təlimdə nazirliyin Bələdiyyələrlə iş şöbəsinin rəisi Xəyal Eyvazov bələdiyyələrdə təşkilati-idarəetmə, bələdiyyə-vətəndaş münasibətləri, kadr təminatı, müasir informasiya texnologiyalarının tətbiqi vəziyyəti, bələdiyyələrin maddi-texniki bazası və maliyyə-iqtisadi durumu haqqında ətraflı məlumat verib.

Daha sonra Bələdiyyələrlə iş şöbəsinin böyük məsləhətçisi Təbriz Eyvazlı “Bələdiyyə gəlirlərinin formalaşması və ondan səmərəli istifadə”  mövzusunda çıxış edib.

Təlimdə onlayn formada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş baş idarəsinin əməkdaşı Səfa Cəfərov iştirak edərək tövsiyyələrini bildirib, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Əli Əkbərli, Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Vüsal Paşayev və Bələdiyyə Onlayn Xidmət Mərkəzinin direktoru Adil Əhmədov tərəfindən BAMS Proqramı barədə məlumat verilib, proqramın tətbiqinin bələdiyyələrin maliyyə-iqtisadi vəziyyətinə təsirindən danışılıb, proqramın tətbiqində bələdiyyələrin daha çox rastlaşdıqları çətinliklər və onların aradan qaldırılmasından bəhs olunub. 

Vurğulanıb ki, yerli vergi və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında yerli büdcəyə ödənilməsinə nəzarət qanunvericiliklə tənzimlənir. Yerli vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların, hesablanmış faizlərin məcburi qaydada alınması və maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati akt qəbul edərək icra olunması üçün “İcra haqqında” Qanuna əsasən məcburi icra orqanına göndərirlər.

Sonda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 May 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri