Naxçıvanda bəzi yerlərdə içməli su tam təmizlənmədən əhaliyə satılıb
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Naxçıvan Muxtar Respublikasında içməli su şəbəkəsinə sayğac quraşdırılıb və su satışı həyata keçirilib.
"APA-Economics" bu barədə Hesablama Palatasının Naxçıvan Dövlət Su Ehtiyyatları Agentliyi və tabeli qurumlarında apardığı 2023-2024-cü illərdə dövlət vəsaitinin və digər dövlət əmlakının istifadə və idarə edilməsinə dair uyğunluq auditi üzrə hesabatında qeyd olunub.
Məlumata görə, audit nəticəsində tikintisi yarımçıq qalmış su təmizləyici qurğunun fəaliyyət göstərməməsinə baxmayaraq bəzi ərazilərdə abonentlərin balans mənsubiyyətində su ölçü cihazlarının quraşdırılması və əhalidən içməli suyun istifadəsinə görə vəsait toplanması halı da müəyyən edilib.

Naxçıvanda əhaliyə xəbərdarlıq edildi
10 Dekabr 2024 14:52
Naxçıvanda əhaliyə xəbərdarlıq edildi KONKRET
10 Dekabr 2024 14:55
Naxçıvanda içməli su təminatı ilə bağlı SƏRƏNCAM
29 Aprel 2025 17:43
Naxçıvanda əhaliyə verilən təbii qazın limiti artırılsın TƏKLİF
25 Noyabr 2024 17:43

