Icma.az
close
up
RU
Naxçıvanda “Cahan Şirkətlər Qrupu”nun 30 illiyi qeyd edilib

Naxçıvanda “Cahan Şirkətlər Qrupu”nun 30 illiyi qeyd edilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Naxçıvan, 28 oktyabr, AZƏRTAC

Naxçıvanda “Cahan Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaranmasının 30-cu ildönümü qeyd olunub.

Yubiley tədbirində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət rəsmiləri, bir sıra ölkə və xarici şirkətlərin rəhbərləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə tanınmış teleaparıcı Nərgiz Cəlilova “Cahan Şirkətlər Qrupu”nun keçdiyi inkişaf yolundan söz açıb.

“Cahan Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası idarə heyətinin sədri Vüqar Abbasov rəhbərlik etdiyi qurumun ötən 30 ildə keçdiyi yola nəzər salıb, şirkətin çoxsaylı tərəfdaşları arasında həm yerli, həm də beynəlxalq səviyyədə tanınmış şirkətlərin olduğunu bildirib. Vurğulayıb ki, MMC fəaliyyətini “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun şəkildə davam etdirir. Məqsəd çoxsaylı xarici tərəfdaşlarla birgə layihələr həyata keçirərək, milli iqtisadiyyata daha çox investisiyaların cəlb olunmasıdır.

Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ötən 30 ili iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir şirkət üçün olduqca uğurlu keçmiş kimi dəyərləndirib. Qeyd edib ki, son bir neçə ildir Naxçıvanda iqtisadiyyat və sahibkarlıq mühiti yeni tələblər, tam şəffaflıq üzərinə qurulub. Optimallaşdırma və eyni zamanda ixracyönümlü, rəqabətədavamlı bazara hazırlaşmaq ən mühüm tələblərdəndir. Səlahiyyətli nümayəndə “Cahan Şirkətlər Qrupu”nun çoxsaylı kollektivinə uğurların davamını, yeni çağırışlarda birgə addımlamağı arzulayıb, yubiley münasibətilə təbriklərini çatdırıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev qeyd edib ki, Azərbaycanda özəl sektorun payı 80 faizi ötüb. Bu da onu göstərir ki, ölkəmizdə əlverişli və şəffaf biznes mühiti formalaşıb. Azərbaycan sürətlə inkişaf edir və burada sahibkarların böyük rolu var. “Cahan Şirkətlər Qrupu” bu göstəricidə böyük pay sahibidir. Çünki “Cahan” Naxçıvandan dünya bazarlarına çıxan ölkənin aparıcı holdinqlərdən biridir.

Məmməd Musayev Azərbaycan Sahibkarlar Konfederasiyasının “Cahan Şirkətlər Qrupu”na ünvanladığı təbriknaməni holdinqin təsisçisi Vüqar Abbasova təqdim edib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi idarə heyətinin sədri Orxan Məmmədov təbriklərini çatdıraraq bildirib ki, “Cahan Şirkətlər Qrupu” nəinki Naxçıvan, bütövlükdə Azərbaycanda sahibkarlıq ekosistemində mühüm yeri olan, bir çox sosial layihələrdə təmsil olunan şirkətdir. KOBİA bundan sonra da holdinqin fəaliyyətinə dəstəyini əsirgəməyəcək.

Sonra “Cahan Şirkətlər Qrupu”nun 30 illik yubileyinə həsr olunmuş film nümayiş etdirilib.

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri Mayis Gülməmmədov, Türk Ticarət və Sənaye Palataları Birliyinin baş katibi Adem Kula, İtaliyanın “İMA” şirkətinin satış meneceri Matteo Biançini, Çin Xalq Respublikasının “Lifan Auto” şirkətinin biznesin inkişafı üzrə meneceri Çan Kai çıxış edərək təbriklərini çatdırıblar.

Həmçinin “Caspian Energy Club”un prezidenti Telman Əliyev “Cahan Şirkətlər Qrupu” MMC-nin təsisçisi Vüqar Abbasova fəxri mükafat təqdim edib.

Şirkətin fəaliyyətində və inkişafında fərqlənən əməkdaşlar müxtəlif nominasiyalar üzrə təltif olunublar.

Tədbir bədii hissə ilə davam edib.

Sonda “Cahan Şirkətlər Qrupu”na həsr olunmuş klip izlənilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Oktyabr 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see379

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see145

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see140

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri