Naxçıvanda direktor faciəvi şəkildə ölüb Hökumə Əliyevanın bibisi oğludur
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Naxçıvanda məktəb direktoru faciəvi şəkildə ölüb.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hadisə Ordubad rayonunun Nürgüt kəndində baş verib.
Bu gün səhər saatlarında ot sahəsinə gedərkən Kəlbəcər rayonunun Susuzluq kənd sakini, 1985-ci il təvəllüdlü Yusibov Adim Adıgözəl oğlu yük avtomobilinin altında qalıb. Təcili-tibbi yardım avtomobili ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 2013-cü ildən Nürgüt kəndində yaşayan A.Yusibov Ələhi kənd orta məktəbinin direktoru vəzifəsində çalışıb.
O, AZAL-ın 2024-cü il dekabrın 25-də Aktauda qəzaya uğrayan təyyarədə həlak olan stüardessası, Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra Milli Qəhraman adı verilən Hökumə Əliyevanın bibisi oğludur.
Bu mövzuda digər xəbərlər:Hökumə Əliyevanın bibisi oğlu faciəvi şəkildə öldü
03 İyul 2025 14:36
Hökumə Əliyevanın ürəkdağlayan VİDEOsu
26 Dekabr 2024 07:03
Hökumə Əliyevanın büstü HAZIRLANIR
11 Mart 2025 11:20
Hökumə Əliyevanın qardaşı: Hökumə çox böyük iş gördü
29 Dekabr 2024 17:29
Hökumə Əliyevanın ev muzeyi tikilir
07 May 2025 15:02
Baxış sayı:57
Bu xəbər 03 İyul 2025 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















