Naxçıvanda dövlətə məxsus 2 nəqliyyat vasitəsi hərrac yolu ilə özəlləşdirilib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Naxçıvan, 30 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın dövlət qurumlarına məxsus 4 nəqliyyat vasitəsinin özəlləşdirilməsi ilə bağlı hərrac keçirilib.
Xidmətdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hərracda iştirak etmək üçün 9 sifarişçi qeydiyyatdan keçib.
Rəqabətli keçən hərracda 2 nəqliyyat vasitəsi üzrə hərrac qalibləri müəyyənləşdirilib. Özəlləşdirilən nəqliyyat vasitələrinin yekun qiyməti ilkin satış qiymətindən 17,6 faiz yüksək olub. Digər 2 nəqliyyat vasitəsinə isə sifariş olmadığından həmin hərraclar baş tutmamış hesab edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 30 Sentyabr 2025 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















