Icma.az
close
up
RU
Naxçıvanda duz istehsalının dayanmasında Vasif Talıbovun da əli var ŞOK DETALLAR

Naxçıvanda duz istehsalının dayanmasında Vasif Talıbovun da əli var ŞOK DETALLAR

Sitat.info portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Naxçıvan Duz İstehsalı” MMC-də istehsal və qablaşdırma dayandırılıb. 

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, duz dağ massivində yerləşən 5 №-li duz mədənində texniki təhlükəsizliyin gücləndirilməsi məqsədilə işlər aparıldığından duz çıxarılması müvəqqəti dayandırılıb. Gələcəkdə istehsal prosesinin daha yüksək keyfiyyətdə təşkil olunması nəzərdə tutulur.

Bu səbəbdən "Naxçıvan Duz İstehsalı" MMC-də hazırda istehsal və qablaşdırma prosesi həyata keçirilmir.

Jurnalist Heydər Oğuz məsələ ilə bağlı Sitat.info-ya ilginç açıqlamalar verib.

Bildirib ki, duz zavodunun bağlanmasında Ali Məclisin keçmiş sədri Vasif Talıbovun əli var:

"Duz mədənin bağlanması Vasif Talıbovun günahıdır. Bu məsələdə onun əli var. Müəssisə ilk fəaliyyətə başlayanda istifadə olunan avadanlıqlar standartlara cavab vermirdi. O vaxt bunun üçün vəsait ayrıldı, Türkiyədən dəzgahlar alındı. Həmin dəzgahlar yetərli deyildi. Naxçıvanın sal duzlarının tərkibində 40 faiz gil var, o gil təmizlənməlidir. Orada bunun üçün xüsusi dəzgah var, ora tökülür və sonra gildən təmizlənir. Belə olan halda duzun keyfiyyəti çox aşağı olur".

H.Oğuz bildirdi ki, istehsalda istifadə edilən avadanlıqlara ayrılan vəsait yeyilib:

"Bunu özləri etmişdilər ki, Naxçıvana ayrılan vəsaiti yesinlər. Həmin lazım olan aparat alınmayıb. Onun da dəyəri milyon manatlarla ölçülür. Lakin vəsait lazım olan yerə xərclənmədi. İki il öncə Fuad Nəcəfli yeni vəzifəyə gələndə həmin mədəndə olmuşam. Gördüklərimə inana bilmədim.Avadanlıqlar paslanıb, köhnəlib, sıradan çıxıb. Türklər var idi, soruşdum ki, duz niyə belə istehsal olunur? Bildirdilər ki, onlara belə tapşırılıb. Əslində duz istehsalında paslanmayan dəzgahlardan istifadə edilməlidir. Bunlar ucuz dəzgahlar alıblar. Dəzgahlar standartlara cavab vermirdi, zavodun yenidən fəaliyyəti üçün maliyyə lazım idi. Keyfiyyətli istehsal üçün pul xərcləmək lazım idi, ancaq o vəsaitləri də mənimsəmişdilər".

Tehran,

Sitat.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://sitat.info
archiveBu xəbər 13 Noyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri