Icma.az
close
up
RU
Naxçıvanda elektrik enerjisi və su təchizatı ilə bağlı yeni qərar

Naxçıvanda elektrik enerjisi və su təchizatı ilə bağlı yeni qərar

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 noyabr tarixli 235 nömrəli Fərmanının icrası məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib.

Oxu.Az bildirir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Naxçıvan şəhərində sakinlərin elektrik enerjisi və su təchizatı ilə bağlı məsələlərin tənzimlənməsi üçün bəzi qaydalar dəyişir.

Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 950 (Cild I); 2024, № 2, maddə 229, № 3, maddə 336, № 9, maddə 1048) ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları"nda aşağıdakı dəyişikliklər edilir:

- Qaydalara 1 nömrəli əlavə - "Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan Müqavilə"nin preambulasına və 4.1-ci bəndinə "Mingəçevir" sözündən sonra ", Naxçıvan" sözü əlavə edilir;

- Qaydalara 2 nömrəli əlavə - "Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan Müqavilə"nin preambulasına və 4.1.12-ci yarımbəndinə "Mingəçevir" sözündən sonra ", Naxçıvan" sözü əlavə edilir.

- "Sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin istifadə etdikləri elektrik enerjisi üzrə limitlərin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 fevral tarixli 55 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 308 (Cild I); 2024, № 2, maddə 229) əlavələr - "Forma 1" və "Forma 2"yə "Mingəçevir" sözündən sonra ", Naxçıvan" sözü əlavə edilir.

Həmçinin "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki publik hüquqi şəxslərin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 aprel tarixli 232 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 4, maddə 483) aşağıdakı dəyişikliklər edilir:

- həmin Qərarla təsdiq edilmiş "Regional Su Meliorasiya Xidməti" publik hüquqi şəxsin Nizamnaməsi"nin 1.1-ci bəndinə "Mingəçevir" sözündən sonra ", Naxçıvan" sözü əlavə edilir;

- həmin Qərarla təsdiq edilmiş "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsin Nizamnaməsi"nin 1.1-ci bəndinə "Mingəçevir" sözündən sonra ", Naxçıvan" sözü əlavə edilir.

Eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 avqust tarixli 372 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 8, maddə 988) ilə təsdiq edilmiş "Təbii inhisar subyektlərinin Siyahısı"nın 34-cü və 35-ci hissələrinin "Fəaliyyət göstərdiyi ərazi" sütununa "Mingəçevir" sözündən sonra ", Naxçıvan" sözü əlavə edilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Aprel 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri