Icma.az
close
up
RU
Naxçıvanda hakimiyyət dəyişikliyinin əsas sirri KONKRET

Naxçıvanda hakimiyyət dəyişikliyinin əsas sirri KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Fuad Nəcəflinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilməsi əslində təəccüblü olmadı. 2 il 11 ay əvvəl – 2022-ci ilin dekabrında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunan Nəcəfliyə Naxçıvan Ali Məclisinin “könüllü” istefaya gedən sədri Vasif Talıbovdan ağır miras qalmışdı.

KONKRET.az musavat-a istinadən xəbər verir ki, “Naxçıvan xanı”ndan sonra muxtar respublika əhalisinin F.Nəcəflidən gözləntiləri çox idi. Muxtar respublikada yeni idarəçilik modeli tətbiq olunması Vasif Talıbovun mərkəzi hakimiyyətdən “qopartmağa çalışdığı” regionu yenidən Bakının – mərkəzi hakimiyyətin orbitinə qaytarmağa hədəfləyirdi və buna nail olundu.

Amma son 27 ildə Vasif Talıbov qaydaları ilə idarə olunmuş, beyinləri yenilikçi düşüncəyə, mütərəqqi təkliflərə hazır olmayan, tək adamın diktəsi ilə oturub-duran məmurların çalışdığı Naxçıvanda qısa müddət ərzində qayda-qanun yaratmaq, müasir çağırışlara uyğun idarəçilik sistemi qurmaq o qədər də asan deyildi.

Ona görə ilk aylarda F.Nəcəflinin səriştəsizliyi “Vasif Talıbovun komandasının sabotajı” ilə izah edilirdi. Vasif Talıbov Ali Məclisin sədri vəzifəsindən azad edildikdən sonra ona yaxın olan kadrların yeni rəhbərliklə “anlaşaraq” kreslosunu qoruya bildiyi haqda da iddialar vardı.

Vəzifədə olduğu dövrdə F.Nəcəfli ilə bağlı müxtəlif şikayətlər mətbuatda geniş əks olunub. Əhali əsasən xüsusi nümayəndənin idarəçiliyindən, daha dəqiqi, səriştəsizliyindən giley edirdilər. Bu barədə etiraz səslərini daha çox sosial şəbəkələrdə ucaldan narazı Naxçıvan camaatı ölkə rəhbərliyindən F.Nəcəflinin əvəzlənməsini də xahiş edirdi.

Vəziyyət o həddə idi ki, narazı naxçıvanlılar hətta Vasif Talıbov dönəminin belə həsrətini çəkirdilər. Buna başlıca səbəb Talıbovun dövründə iş yerlərinin olması, vaxtı-vaxtında məvacib almaları idi. F.Nəcəfli əslində özəl sektorda bir sıra vəzifələrdə çalışmışdı və görünür, bu təyinat da onun Naxçıvanda əhalinin sosial problemlərini həll edəcəyinə ümid yaratmışdı…

Ceyhun Cəlilov da F.Nəcəfli kimi şahbuzlu olsa da, Qərb təhsillidir. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə magistratura pillələrini bitirib. 2013-cü ildə Böyük Britaniyanın Esseks Universitetinin Maliyyə ixtisası üzrə magistratura səviyyəsini başa vurub, ardınca İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunda (CIMA) Strateji idarəetmə səviyyəsi üzrə təhsilini davam etdirib.

Yeni səlahiyyətli nümayəndə İqtisadi İnkişaf Nazirliyində və “BP Caspian” şirkətində müxtəlif vəzifələrdə çalışıb. 2023-cü ildə muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunub. 2024-cü ilin aprelindən isə muxtar respublikanın baş naziri təyin edilib.

Belə görünür ki, F.Nəcəfli keçid dövrü üçün idarəçilik missiyasını başa vurdu və bundan sonra muxtar respublikada yeni idarəetmə zərurəti yaranıb. Nəzər alsaq ki, Zəngəzur dəhlizi səbəbindən Naxçıvanda  beynəlxalq gündəmi bilən daha savadlı rəhbərə ehtiyac var. Üstəlik, Naxçıvan Muxtar Respublikasının statusunun ləğvi də aktuallığını qoruyur.

Naxçıvan proseslərini izləyən araşdırmaçı jurnalist, siyasi şərhçi Heydər Oğuz iddia edir ki, F.Nəcəfli korrupsiya və dövlət əmlakını talamaqda ittiham olunur: “Belə ki, vəzifəyə yeni təyin olunduqdan bir müddət sonra onun fəaliyyəti ciddi nəzarət altına alınıb və Naxçıvanda vaxtaşırı audit yoxlamaları keçirilib. Xüsusilə bu il intensiv xarakter alan audit yoxlamaları zamanı bir çox təyinatı üzrə sərf olunmayan xərclər müəyyənləşdirilib. Hər halda, bunu mən yox, Hesablamalar Palatasının rəsmi sənədləri deyir. “Söhbət milyonlarla yeyintidən gedir. Bir də “canişin” komandasının müxtəlif iş adamlarından və əhalidən aldığı rüşvətlər də var. Fuad Nəcəflinin 4 illik fəaliyyəti eninə-uzununa araşdırılıb və toplanan materiallar hüquq-mühafizə orqanlarına göndərilib. Üstəlik, onun və komandasının əməlləri barədə cinayət işi belə açılıb”, – deyə H.Oğuz bildirib.

H.Oğuzun məlumatına görə, Fuad Nəcəfli işdən çıxarıldıqdan sonra Naxçıvandan urvatsız şəkildə yola salınıb: “Əldə etdiyim məlumata əsasən, o, sərəncam verilən gün də hər zamankı kimi işə çıxıb. İşə başlayar-başlamaz Prezidentin onun barəsində fərman imzaladığı xəbərini çatdırıblar və evə getməsini tövsiyə ediblər. Hətta əşyalarını kabinetindən daşıması üçün onun avtomobillə belə təmin olunmadığı bildirilir. O da köməkçisi Samir Seyidəhmədlinin köməkliyi ilə maşın tutub şələ-şüləsini evinə daşıyıb. Ən maraqlı hadisə isə Naxçıvan aeroportunda baş verib. Bildirilir ki, Fuad Nəcəfli adətkərdə olduğu kimi, yenə deputatlar üçün nəzərdə tutulan VİP salonda təyyarə gözləyirmiş. Az sonra ona yaxınlaşan aeroport işçiləri nəzərinə çatdırıblar ki, bu salon rəsmi şəxslər üçün nəzərdə tutulub və Fuad Nəcəflini “qara camaat”ın istifadə etdiyi ümumi salona endiriblər”.

H.Oğuzun fikrincə, F.Nəcəfliyə bu münasibət təsadüfi deyil: “O, Naxçıvanda rəhbər olduğu müddətdə Prezidentin etimadını doğrultmayıb, muxtar respublikanın iqtisadiyyatına da ağır zərbələr vurub. Təsəvvür edin ki, yuzillər boyu duz istehsalı ilə tanınan Naxçıvan məhz onun hakimiyyəti dövründə duz üzünə həsrət qaldı. Azərbaycan büdcəsindən Naxçıvanın müxtəlif sahələrinə ayrılan vəsaitlər də onun acgözlüyü və hər şeyi öz yaxınlarına vermək hərisliyi ucbatından istifadə olunmamış geri qaytarıldı. İş o yerə çatmışdı ki, Fuad Nəcəflinin nümayəndə təyin olunduğu ilk ildə Naxçıvanda tikinti sektoruna ayrılmış 245 milyonluq vəsait belə sırf qanunsuz tender keçirilməsi səbəbindən geri qaytarılmış, nəticədə minlərlə fəhlə Naxçıvanı tərk etmək məcburiyyətində qalmışdı. Fuad Nəcəflinin yarıtmaz fəaliyyəti nəticəsində 2024-cü il dövlət büdcəsində muxtar respublikaya ayrılan dotasiya 3 dəfə azaldılmışdı”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 Noyabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri