Naxçıvanda hərbi sursatlar aşkar edildi FOTO KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən Babək və Şahbuz rayonlarının müxtəlif ərazilərində hərbi sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub.
KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb olunub. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görülüb və hadisə yerlərinə baxış keçirilib.
Aşkar edilmiş sursatlar arasında 1 ədəd 76 mm-lik BR-350 və 1 ədəd 85 mm-lik BR-365 zirehdələn top mərmisi, 2 ədəd PQ-7 idarə olunmayan raketin mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd tüstü şaşkası, 10 ədəd PK silahının 7.62 mm-lik mərmisi, 23 ədəd 5.45 mm-lik mərmi, 29 ədəd AKM-74 silahının 7.62 mm-lik mərmisi, 1 ədəd 30 mm-lik AQS-17 silahının mərmisi, 1 ədəd RPQ-7 qumbarası, 2 ədəd 100 mm-lik top mərmisi və 1 ədəd 30 mm-lik AQS-17M silahının mərmisi olub.
Bütün aşkar edilmiş sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün götürülüb və təhlükəsiz yerə kənarlaşdırılıb.
 
 
 
 
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:128
Baxış sayı:128 Bu xəbər 27 Aprel 2025 11:57 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 27 Aprel 2025 11:57 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















