Naxçıvanda içməli su anbarlarının dezinfeksiyası işlərinə başlanılıb
Azertag saytına istinadən Icma.az xəbər verir.
Naxçıvan, 8 aprel, AZƏRTAC
Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə Xidmətinin əməkdaşlarının iştirakı ilə müvafiq normativ sənədlərə və sanitariya qaydalarına əsasən, içməli su anbarlarının təmizlənməsi və dezinfeksiyasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilkin olaraq Culfa şəhəri və Culfa rayonunun Yaycı kəndində yerləşən içməli su anbarlarında aparılan təmizlik prosesi çərçivəsində anbarlar xüsusi dezinfeksiyaedici məhlullar vasitəsilə yuyulub, çöküntülərdən və kənar maddələrdən təmizlənib. Eyni zamanda, suyun keyfiyyət göstəricilərinin müəyyən edilməsi məqsədilə laborator analizlər aparılması üçün müvafiq nümunələr götürülüb.
Analizlərin nəticələrinə əsasən, əhaliyə veriləcək içməli suyun fiziki, kimyəvi və mikrobioloji göstəricilərinin mövcud standartlara uyğun olduğu təsdiq edildikdən sonra anbarlar yenidən su ilə doldurularaq şəbəkəyə buraxılacaq.
Qeyd edək ki, su anbarlarının təmizlənməsi və dezinfeksiyası işləri muxtar respublikanın digər rayonlarında da həyata keçiriləcək.
Müxbir - Nail Əsgərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:202
Bu xəbər 08 Aprel 2026 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















