Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Naxçıvan, 13 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında ot tayasına ildırım düşməsi nəticəsində yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Babək rayonunun Nəzərabad kəndində qeydə alınıb. İldırım fərdi yaşayış evinin həyətindəki ot tayasına düşüb.
Bu barədə məlumat daxil olan kimi əraziyə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə hissəsi cəlb edilib. Operativ müdaxilə nəticəsində yanğın ətraf ərazilərə yayılmadan söndürülüb.
Hadisə ilə əlaqədar təhlükəsizlik məqsədilə elektrik və rabitə xidmətlərində qısamüddətli fasilə yaranıb. Hazırda həmin xidmətlərin fəaliyyəti bərpa olunub.
Müxbir- Nail Əsgərov
Bu mövzuda digər xəbərlər:Xocalıda ildırım düşməsi nəticəsində 2 evdə yanğın olub
21 Sentyabr 2025 11:28
Naxçıvanda kafedə yanğın baş verib KONKRET
04 May 2025 15:42
Naxçıvanda hərbi hissədə yanğın baş verib
01 Mart 2026 15:36
Naxçıvanda yanğın nəticəsində 583 abonent qazsız qalıb
01 Oktyabr 2025 16:30
Ağdamda ildırım düşməsi nəticəsində mağaza və mebel sexində baş verən yanğın söndürülüb FOTO
14 İyun 2026 11:06
Baxış sayı:175
Bu xəbər 13 İyun 2026 23:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















