Icma.az
close
up
RU
Naxçıvanda internetin verilişində fasilələr yaranacaq

Naxçıvanda internetin verilişində fasilələr yaranacaq

Bakivaxti-dan verilən məlumata görə, Icma.az xəbər edir Naxçıvanda internetin verilişində fasilələr yaranacaq.

Naxçıvan Muxtar Respublikasının (MR) bəzi ərazilərində internet və rabitə xidmətlərinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Bakıvaxtı.az xəbər verir ki, muxtar respublikanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi noyabrın 20-si saat 23:55-dən noyabrın 21-i saat 03:00-dək Şahbuz rayonunda, noyabrın 21-i saat 23:55-dən noyabrın 22-si saat 03:00-dək isə Sədərək rayonunda təxirəsalınmaz və texnoloji infrastrukturda profilaktik təmir bərpa işləri həyata keçirəcək.

Nazirlikdən verilən məlumata görə, təxirəsalınmaz işlər görülən müddətdə adıçəkilən rayonlar üzrə internet və rabitə xidmətlərinin verilişində qısamüddətli fasilələr yarana bilər.

Profilaktik tədbirlər yekunlaşdıqdan sonra internet və rabitə xidmətlərinin fəaliyyəti tam bərpa ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az-ı izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://bakivaxti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri