Icma.az
close
up
RU
Naxçıvanda işlək vaqonlar doğranaraq xaricə satılıb? ADY dən yayılan İDDİALARA CAVAB

Naxçıvanda işlək vaqonlar doğranaraq xaricə satılıb? ADY dən yayılan İDDİALARA CAVAB

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yayılan iddialara görə, Mahir Əliyevin rəhbərlik etdiyi “Naxçıvan Dəmir Yolları” MMC-də 2012-ci ildə istismara qəbul edilmiş vaqonlar doğranaraq, xaricə satılıb. Həmçinin, 2017-ci ildə ara stansiyalarının dəmiryolu xətləri sökülərək, İran İslam Respublikasına satılıb. Məsələni dəqiqləşdirmək üçün Demokrat.az  "Azərbaycan Dəmir Yolları" QSC - yə sorğu göndərib.
Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, 2012-ci ildə istismara heç bir vaqon qəbul edilməyib:
" Belə ki, 1992-ci ilin aprel ayından Naxçıvan MR tam nəqliyyat blokadasına alınandan sonra heç bir yük vaqonu istismara qəbul edilməyib. Hər bir qurumda olduğu kimi, “Naxçıvan Dəmir Yolları” MMC-də də dövrü olaraq utilizasiya aparılır. İstismar müddətini tam başa vurmuş, əsaslı və cari təmiri mümkün olmayan, aşılanmış vaqonlar da müəyyən dövrlərdə rəhbər qurumların müvafiq sənədləşməsindən sonra silinərək qanunvericiliyə uyğun olaraq invertar parkından çıxarılıb, istifadəyə yararlı hisssələri anbara mədaxil edilib. Tam korroziyaya uğrayan bərpası mümkün olmayan hissələr isə qara metal kimi yalnız Naxçıvan MR Vergi Xidmətində qeydiyyatda olan müəssisələrə satılaraq vəsaiti Cəmiyyətin hesabına keçirilib. Qəti şəkildə bildiririk ki, heç bir xarici şirkətə və ya şəxsə satış olmayıb. Satılan qara metalın sonrakı dövri hərəkətinə Cəmiyyət məsuliyyət daşımır. 2017-ci ildə ara stansiyaların yollarının sökülüb xaricə satılması iddiası da həqiqətə uyğun deyil. Çünki son illər ərzində sökülən bəzi yolların hesabına Muxtar Respublikada strateji əhəmiyyətli yeni dalan yolları çəkilib. Blokada şəraitində kəskin mal-material qıtlığı yaşanan bir dövrdə lazımi mal-materialın satılması fikri absurddur”.
 "Azərbaycan Dəmir Yolları" QSC (ADY)  “Naxçıvan Dəmir Yolları” MMC-də işçilərin kütləvi ixtisarları, işçi sayının 1700 nəfərdən 380-ə endirilməsi barədə xəbərlərə də aydınlıq gətirib:
“Hazırda “Naxçıvan Dəmir Yolları” MMC-nin fəaliyyət dairəsi kəskin şəkildə kiçilib. Belə ki, yolların əsaslı təmir müddətinin ötməsi, lokomotivlərin istismar müddətinin bitməsi səbəbindən ən vacib kriteriya olan hərəkətin təhlükəsizliyinin demək olar ki, təmin olunmamasına və risk dərəcəsinin artmasına görə yük və sərnişin daşınması tamamilə dayandırılıb. Belə bir şəraitdə işçi kontingentinin azaldılaraq işin həcminə uyğun səviyyəyə gətirilməsi təbiidir. 2021–2024-cü illərdə tədricən ixtisar prosesi aparılıb, mövcud vəziyyətə uyğun işçi heyəti saxlanılıb. Sərbəstləşən işçilərin Əmək Məcəlləsinə uyğun bütün təminatları ödənilib. Onu da qeyd edək ki, hazırda Zəngəzur dəhlizinin bir hissəsi olacaq Naxçıvan dəmir yollarında beynəlxalq şirkət tərəfindən yeni texniki-iqtisadi əsaslandırma hazırlanıb, layihələndirmə işləri aparılır. Layihələndirmə başa çatdıqdan sonra dəmir yollarının yenidən qurulmasına başlanılacaq”.
Vaqif Hüseynli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Fevral 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri