Icma.az
close
up
RU
Naxçıvanda kiçik, orta və iri sahibkarlıq subyektləri ilə görüş olub

Naxçıvanda kiçik, orta və iri sahibkarlıq subyektləri ilə görüş olub

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan, 22 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Naxçıvan şəhərində vergi ödəyiciləri ilə görüş keçirib.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, kiçik, orta və iri sahibkarlıq subyektlərinin iştirak etdiyi görüşdə rəqəmsal vergi xidmətləri, tətbiq olunan vergi güzəştləri, eyni zamanda, “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”ndən bəhs olunub.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Zahid Qənbərov vergi güzəştləri və azadolmaları, tətbiq edilən rəqəmsal xidmətlər haqqında məlumat verib. İdarə rəisi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üzrə Dövlət Proqramı”na əsasən Naxçıvan şəhəri, Ordubad, Şərur və Babək rayonlarında istifadəyə verilmiş vergi ödəyicilərinə xidmət mərkəzlərində göstərilən xidmətlərdən bəhs edib. Bildirib ki, cari ilin yanvar-mart aylarında mərkəzlərdə 14 min 966 sayda xidmət göstərilib.

Vergi ödəyicilərinə xidmət idarəsinin rəis müavini Elçin Babayev “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri” barədə çıxış edib, bərabər və şəffaf fiskal mühitin təmin olunması məqsədilə 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə əmtəəsiz əməliyyat və riskli vergi ödəyicisi anlayışlarının daxil edildiyini xatırladıb.

Görüş iştirakçılarına riskli vergi ödəyiciləri ilə bağlı məlumatların əldə olunması imkanları, riskli vergi ödəyicilərinin bu siyahıdan çıxarılması şərtləri barədə ətraflı məlumat verilib. Bundan başqa, rəqəmsal transformasiyanın birbaşa vergi ödəyicilərinin və vətəndaşların vaxtına qənaət etməklə yanaşı, vətəndaş məmnunluğunun təmin edilməsi və rəqabət mühitinin qorunması məqsədi daşıdığı görüş iştirakçılarının diqqətinə çatdırılıb. Sahibkarlıq fəaliyyətindən əldə olunmuş gəlir və xərclərin uçotunun şəffaf aparılmasının, vergi orqanlarına düzgün bəyan edilməsinin, dövlət büdcəsinə vergilərin vaxtında və tam şəkildə ödənilməsinin vacibliyi bir daha vurğulanıb.

Sonda sahibkarlar vergi və sığorta qanunvericiliyi və inzibatçılığı ilə bağlı rastlaşdıqları çətinliklərlə bağlı suallarını, təkliflərini səsləndirib, mövzu ətrafında ətraflı müzakirələr aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see230

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see208

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see197

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see187

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see156

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see144

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see143

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see142

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri