Icma.az
close
up
RU
Naxçıvanda könüllülər üçün təşkil olunan təlim başa çatıb

Naxçıvanda könüllülər üçün təşkil olunan təlim başa çatıb

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Naxçıvan, 12 sentyabr, AZƏRTAC

Naxçıvan şəhərində Naxçıvan Təlim Mərkəzi və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Gənclərin Şəxsi İnkişaf Həftəsi” sentyabrın 12-də yekunlaşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, proqramın sonuncu günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin əməkdaşı Aslan Səfərov gənclərə “Sosial şəbəkələr və şəxsi brend: effektiv start” mövzusunda sessiya təqdim edib. Təlimdə iştirakçılar şəxsi brendin formalaşdırılması, sosial mediada düzgün mövqe tutmağın yolları, müasir kommunikasiya imkanlarından səmərəli istifadə və rəqəmsal mühitdə effektiv fəaliyyət istiqamətləri barədə ətraflı bilgilər əldə ediblər. Sessiyada gəncləri maraqlandıran suallar təlimçi tərəfindən ətraflı cavablandırılıb, müvafiq tövsiyələr verilib.

Sonda təşkilatçı qurum rəhbərlərinin iştirakı ilə gənclərlə görüş keçirilib. Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov gənclərin şəxsi inkişafı istiqamətində görülən işlər barədə danışıb, gənclərin peşə və karyera imkanlarının artırılması amilinin nazirlik üçün daim aktuallıq təşkil etdiyini diqqətə çatdırıb. Nazir müavini effektivliyin artırılması baxımından Naxçıvanda və Bakıda fəaliyyət göstərən təcrübəli təlimçilərin bu işə cəlb olunduğunu, nəticədə daha bacarıqlı, işgüzar gənclərin formalaşdırılmasına güclü təkan verildiyini deyib.

Təlimlərin gənclər üçün faydalı olacağına inamını ifadə edən Naxçıvan Təlim Mərkəzinin İdarə Heyətinin sədri Bəhruz Nəzərov mövzu seçimi zamanı aktuallıq və faydalılıq prinsipinin əsas götürüldüyünü, o cümlədən təlimçi qismində öz sahələrində uğurlu karyerası, böyük təcrübəsi olan şəxslərə üstünlük verildiyini diqqətə çatdırıb. O, Gənclər və İdman Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində bundan sonra da müxtəlif sahələri əhatə edən təlimlərin keçirilə biləcəyini vurğulayıb, gənclərə fəal və aktiv iştiraka görə təşəkkür edib.

Sonra “Gənclərin Şəxsi İnkişaf Həftəsi” təlim proqramının iştirakçılarına sertifikatlar təqdim edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Sentyabr 2025 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri