Naxçıvanda media nümayəndələri arasında intellekt yarışı keçirilib
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Naxçıvan, 10 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 22 İyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə “Media-aktiv” layihəsinin icrasına başlayıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, iyulun 10-u Naxçıvan Şahmat Mərkəzində layihənin ilk tədbiri – media nümayəndələri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
Tədbirdə nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva iştirakçıları milli mətbuatın 150 illiyi münasibətilə təbrik edib, intellekt mübarizəsində uğurlar arzulayıb.
İki turdan ibarət yarışmada 11 komanda qalibiyyət uğrunda mübarizə aparıb. Ümumilikdə, 32 sual səsləndirilib, doğru cavablar 1 xal ilə qiymətləndirilib. Nəticələrə əsasən "Sosial Press" komandası yarışmanın qalibi olub. "Əkinçi" və "İrşad" komandaları müvafiq olaraq ikinci və üçüncü yerlərə sahib çıxıblar.
Layihənin proqramına uyğun olaraq qarşıdakı günlərdə stolüstü tennis, şahmat və futzal yarışları keçiriləcək. İyulun 21-i isə mükafatlandırma tədbiri təşkil olunacaq.
Layihə media nümayəndələri arasında sağlam və aktiv həyat tərzinin təbliği, dostluq və əməkdaşlıq münasibətlərinin gücləndirilməsi, milli mətbuatın 150 illiyinin qeyd olunması məqsədi daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 10 İyul 2025 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















