Naxçıvanda media savadlılığı ilə bağlı təlim keçirilib FOTOLAR
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
"Media Savadlılığı" Həftəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasında “Media savadlılığı” mövzusunda təlimlər təşkil olunub.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.
Qeyd olunub ki, tədbirdə çıxış edən Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova qeyd edib ki, müasir dövrdə informasiyanın etibarlılığı məsələsi xüsusi aktuallıq kəsb edir və media savadlılığının təşviqi etibarlı informasiya məkanının formalaşdırılması baxımından vacib istiqamətlərdəndir.
“Regional İnkişaf” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Murad Qasımlı bildirib ki, media savadlılığı gənclərin informasiya axınında düzgün qərarvermə bacarıqlarının formalaşdırılmasında mühüm rol oynayır və bu kimi təşəbbüslər onların rəqəmsal mühitdə daha məsuliyyətli mövqe tutmasına şərait yaradır.
Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan filialının əməkdaşı Fatimə Yusifli isə çıxışında gənclərin media savadlılığı sahəsində biliklərinin artırılmasının onların informasiya mühitində daha fəal və məqsədyönlü iştirakına, eləcə də dezinformasiyaya qarşı dayanıqlılığın gücləndirilməsinə töhfə verdiyini vurğulayıb.
"Media Savadlılığı" Həftəsi çərçivəsində Naxçıvan Dövlət Universitetinin tələbələri üçün də təlim təşkil olunub. Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova tərəfindən mövzuya dair təqdimat keçirilib, iştirakçıların sualları cavablandırılıb və praktik nümunələr əsasında müzakirələr aparılıb.
Təlim zamanı Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin aparıcı mütəxəssisi Məmmədbağır Dünyamalıyev media savadlılığı, informasiya mənbələrinin etibarlılığı və rəqəmsal platformalarda yayılan məzmunun təhlili ilə bağlı fikirlərini bölüşüb.
Qeyd edək ki, keçirilən təlimlər gənclərin informasiya mühitində daha şüurlu və tənqidi yanaşma bacarıqlarının formalaşdırılmasına, eləcə də etibarlı informasiya məkanının təşviqinə töhfə vermək məqsədi daşıyır.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 16 Dekabr 2025 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















