Naxçıvanda məhkumlar arasında şahmat turniri keçirilib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Naxçıvan, 10 sentyabr, AZƏRTAC
Sentyabrın 10-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin “Konstitusiya və Suverenlik İli” ilə bağlı Tədbirlər Planına uyğun olaraq, Penitensiar Xidmətin Qarışıq rejimli cəzaçəkmə müəssisəsində məhkumlar arasında şahmat turniri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Penitensiar Xidmətin Strateji Planlaşdırma və Monitorinq Şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov çıxışında qeyd edib ki, bu cür tədbirlər məhkumların intellektual və mənəvi inkişafına, onların cəmiyyətə reinteqrasiyasına mühüm töhfə verir. "Ədliyyə Nazirliyi olaraq biz bu il ərzində müxtəlif istiqamətlər üzrə maarifləndirici, hüquqi və sosial tədbirlər həyata keçiririk. Məqsədimiz məhkumların yenidən sağlam ictimai həyata qayıdışını dəstəkləməkdir", - deyə şöbə rəisi bildirib.
Naxçıvanın şahmat mütəxəssisi Tural Zeynalov turnirin qaydaları haqqında məlumat verib, iştirakçılara uğurlar arzulayıb.
Turnirin sonunda qalib gələn məhkumlara fəxri fərmanlar təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Ramin Əsgərov jurnalistlərə açıqlamasında bildirib ki, şahmat turnirinin əsas məqsədi əcnəbi və yerli məhkumların asudə vaxtlarının səmərəli təşkili, eyni zamanda onlarda intellektual bacarıqların inkişafı, səbr, dözümlülük və qarşılıqlı sağlam rəqabət mühitini gücləndirməkdir. Bu cür tədbirlər məhkumların sosial adaptasiyasına kömək edir və gələcəkdə də davam etdiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 10 Sentyabr 2025 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















