Naxçıvanda MMA üzrə açıq birincilik keçirilib FOTOLAR
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İlham Əliyev adına Olimpiya İdman Kompleksində MMA idman növü üzrə muxtar respublika açıq birinciliyi keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və "Turan" Döyüş Klubu tərəfindən birgə təşkil olunan yarışa 100-ə yaxın idmançı qatılıb.
13 çəki dərəcəsində mükafatçılar müəyyənləşib.
Mükafatlandırma mərasiminin əvvəlində Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidova idmançılara göstərilən diqqət və dəstəyə görə Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov tərəfindən təşəkkürnamə təqdim olunub.
Federasiyanın Naxçıvan üzrə nümayəndəsi Xəyal Abdullayev isə MMA və qrapplinq idman növlərinin təbliği və inkişafındakı xidmətlərinə görə fəxri diplomla təltif olunub.
İlk üç yeri tutan idmançılara diplom və medallarla mükafatlandırılıblar. Mükafatları nazir müavini Məcid Seyidov, federasiya prezidenti Azad Əsgərov və digərləri təqdim ediblər.
Nəticələrə əsasən Yusif Qasımov (25 kq), Ayxan Quliyev (32 kq), Məhəmməd Qasımov (38 kq), Nurəddin Əliyev (42 kq), Əli Əbilov (46 kq), Rahim Cəfərov (50 kq), Əbülfəz Cəfərov (52 kq), Məhəmməd Həsənov (54 kq), Musa Abdullayev (56 kq), Elgün Fərəcov (58 kq), Oğuz Məmmədli (61 kq), Əli Əsədli (64 kq) və Ravil Alməmmədov (73 kq) müvafiq çəki dərəcələrində birinci olublar.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 19 İyul 2025 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















