Naxçıvanda müəllimlərin sertifikatlaşdırılma ilə bağlı yeni XƏBƏR
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Bu il Naxçıvan Muxtar Respublikasında (MR) müəllimlərin sertifikatlaşdırılmasının II dövriyyəsi keçiriləcək.
Redaktor.az xəbər verir ki, bunu təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi ilə bağlı keçirilən brifinqndə çıxışı zamanı muxtar respublikanın təhsil naziri Elxan Nəcəfov deyib.
Onun sözlərinə görə, muxtar respublikada təhsilverənlərin sertifikatlaşdırmasının ikinci dövriyyəsi bu ilin aprel–may aylarında keçiriləcək.
İkinci dövriyyəyə Azərbaycan və rus bölmələri üzrə Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, informatika, tarix, fizika, kimya, biologiya, coğrafiya, texnologiya, ingilis dili, rus dili, fransız dili, alman dili, musiqi, təsviri incəsənət, fiziki tərbiyə, ibtidai sinif və GÇH fənləri üzrə müəllimlər cəlb olunacaq.
Nazir bildirilib ki, sertifikatlaşdırmanın test mərhələsində iştirak edəcək müəllimlərə Təhsil İnstitutunun müvafiq resurslarından istifadə tövsiyə olunub. Bununla bağlı "Test mərhələsinin qiymətləndirmə çərçivəsi" və ARTİ tərəfindən hazırlanmış videoresurslar təhsilverənlərin istifadəsinə verilib (Report).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 24 Fevral 2026 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















