Icma.az
close
up
RU
Naxçıvanda mühüm tədbir: Üç tanınmış media nümayəndəsinin diqqətini nə çəkib?

Naxçıvanda mühüm tədbir: Üç tanınmış media nümayəndəsinin diqqətini nə çəkib?

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Mayın 30-da Naxçıvan Muxtar Respublikasında “Qlobal İnformasiya Mühiti və Media Trendləri” mövzusunda “MEDİAFEST-2025” konfransı keçirilib. Konfrans Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən təşkil olunub. Tədbirə dövlət və hökumət rəsmiləri, media nümayəndələri, jurnalistlər qatılıb.

Globalinfo.az tədbirdə iştirak edən tanınmış media nümayəndələrinin təəssüratlarını öyrənib.

Saytımıza danışan media mütəxəssisi, professor Qulu Məhərrəmli deyib ki, “Qlobal İnformasiya Mühiti və Media Trendləri” konfransının keçirilməsi Azərbaycan mətbuatının 150 illiyi çərçivəsində müəyyənləşdirilmiş tədbirlərdən biri idi.

Onun sözlərinə görə, konfransda müasir dünyada gedən informasiya prosesi, sürətli informasiya axını, dezinformasiyanın artması, informasiya müharibəsinin genişlənməsi, müxtəlif bölgələrdə siyasi və təxribat məqsədilə aparılan çoxşaxəli informasiya müharibəsi kimi məsələlər nəzərdən keçirilib:

“Konfrans bir neçə məqamı ilə yadda qaldı. Orada təşkil olunan media sərgisi, gənc jurnalistlərin yaradıcılıq işləri, xüsusən konfrans çərçivəsində aparılan panel və o paneldə müxtəlif mövzuların müzakirəsi, debat formasında gerçəkləşdirilməsi effektli oldu. Media adamları arasında fikir mübadiləsi oldu ki, bu da müsbət cəhətdir. Mənim yadımda qalan iki məqam daha önəmlidir: Birincisi, Naxçıvan televiziyasının peyk yayımına çıxmasının həmin konfransda nümayiş etdirilməsi idi. Bu, çox önəmlidir. Naxçıvan elə bir əhəmiyyətli bölgədədir ki, oradan verilən mesajlar, Muxtar Respublikanın həyatında cərəyan edən hadisələr, xüsusən Zəngəzur dəhlizi kontekstində Naxçıvanla Azərbaycanın digər bölgələrinin birləşdirilməsi, Türkiyə ilə əlaqələr, İranla münasibətlər, Ermənistanla hazırda qeyri-müəyyən bir şəkildə olsa da, ümumən yaxşıya doğru gedən tendensiyalar diqqəti cəlb edir. İkincisi, Naxçıvan Dövlət Universitetinin jurnalistika şöbəsinin tələbələri və müəllimləri ilə görüşü xüsusi qiymətləndirirəm. Tələbələrin mediaya, jurnalistikaya, müxtəlif problemlərə, onları düşündürən məsələlərə münasibəti barədə mülahizələri dinləmək mənim üçün maraqlı oldu”.

Professorun fikrincə, Azərbaycan mətbuatının 150 illiyi çərçivəsində aparılan tədbirlər xeyli dərin məzmunlu və cəmiyyəti düşündürən problemləri gündəmə gətirməklə müşayiət olunmalıdır.

“ASAN Radio”nun (TV) direktoru, Əməkdar jurnalist Emin Musavi bildirib ki, konfransda ənənəvi medianın rəhbərləri, yeni rəqəmsal medianın nümayəndələri, bir sıra jurnalistlər iştirak edirdi:

“Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanı olan “Şərq qapısı” qəzetinin birgə təşkilatçılığı ilə keçirilən tədbir ən yüksək səviyyədə təşkil olunmuşdu. Orada media adamlarının, peşəkarların bir araya gəlməsi çox yaxşı haldır. Naxçıvanda yeni işlər görülür, inkişaf edir. Əgər bir yerdə gözəl hadisələr olursa, quruculuq işləri aparılırsa, hesabatlılıq da ən yüksək səviyyədə olmalıdır. Naxçıvanın rəhbərliyi, orda olan cavabdeh şəxslər media üçün açıq idilər. Bu, çox yaxşı haldır və bir ənənəyə çevrilməlidir. İstənilən məsələ, əsasən də ölkəmizdə aparılan işlər mütləq mediada dəqiq və ətraflı təqdim olunmalıdır. Vətəndaşlar bilməlidirlər ki, hansı dəyişikliklər gedir, nə işlər görülür, bunun faydası nədir və sair”.

Emin Müsəvi deyib ki, media nümayəndələri üçün bu cür tədbirlərin keçirilməsi ilk növbədə həm təcrübə mübadiləsidir, həm də həmkarların ünsiyyət qurması üçün yaxşı bir fürsətdir:

“Tədbir təşkilatçılarının hər birinə təşəkkür edirəm ki, bizim üçün belə bir fürsət yarandı və mən vaxtilə bir yerdə işlədiyim bəzi həmkarlarımı müəyyən müddət sonra orda gördüm. Qeyd edim ki, səfər çərçivəsində qeyri-rəsmi tədbirlər də oldu. Naxçıvan qonaqpərvər insanları ilə seçilir. Ən böyük sərvət istənilən şəhərdə, kənddə, qəsəbədə, rayonda, ölkədə məhz insanların qonaqpərvər olmasıdır. Həm naxçıvanlı həmkarlarımızla ünsiyyətdə olmaq, həm də müxtəlif tarixi yerləri görmək, mədəniyyətinə, tarixinə toxunmaq xoş oldu. Naxçıvan mətbəxi isə ayrıca bir məsələdir”.

Əməkdar jurnalist Naxçıvanda “Göycə festivalı”nda iştirak etdiklərini bildirib:

“Orada Naxçıvan rəhbərliyi ilə birlikdə fermerlərlə ünsiyyətdə olduq, müəyyən videolar, audiolar hazırlayıb elə öz mediamızda – “ASAN radio”da izləyicilərə ötürdük. Bir sözlə, mənim üçün unudulmaz bir səfər oldu”.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin dediklərinə görə, Prezident İlham Əliyevin 25 apreldə imzaladığı Azərbaycan Milli Mətbuatının 150 illiyinin keçirilməsi ilə bağlı sərəncamından sonra ilk belə böyük tədbirin keçirilməsi və tədbirlərin Naxçıvandan başlamasının rəmzi mənası var:

“Naxçıvan Azərbaycan mətbuatına mütəfəkkir insanlar verib. Belə ki, Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtlı 20-ci əsrin əvvəllərində ən məşhur “Şərq-Rus” qəzeti və “Molla Nəsrəddin” jurnalının naşirləri olublar. Adıçəkilən, eləcə də digər Naxçıvandan olan jurnalistika və ədəbiyyat xadimlərinin ruhunu şad etmiş olduq. Eyni zamanda ümummilli lider Heydər Əliyevin Azərbaycan mətbuatına dəstəyini xatırladıq və ölkə başçısına sərəncama görə təşəkkürümüzü bildirdik”.

Rəşad Məcid tədbirin yüksək səviyyədə hazırlandığını qeyd edib:

“Tədbirin əvvəlində Naxçıvan televiziyasının peyk yayımına qoşulması qeyd edildi, “Şərq qapısı” qəzetinin tarixi barədə danışıldı, məktəbli qəzeti təqdim olundu, Naxçıvan Dövlət Universitetinin jurnalistika fakültəsinin təqdimatı maraqlı və yaddaqalan oldu. Eyni zamanda tədbirimiz yüksək səviyyədə keçdi. Fikrimcə, iştirak edənlərin hər biri bayram ovqatı yaşamış oldular. Buna görə də tədbir təşkilatçılarına təşəkkürümüzü bildiririk”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 İyun 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri