Naxçıvanda Mustafa Kamal Atatürkün xatirəsi anılıb VİDEO
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Naxçıvan, 10 noyabr, AZƏRTAC
Noyabrın 10-da Türkiyə Cümhuriyyətinin banisi, qazi Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi yad olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım mərasimində əvvəlcə böyük türk xalqının xilaskarı Mustafa Kamal Atatürkün və iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Asip Kaya abidə önünə gül çələngi qoyub.
Anım mərasimində dövlət və hökumət nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri, türkiyəli iş adamları və qardaş ölkənin Naxçıvanda təhsil alan tələbələri abidə önünə gül dəstələri qoyub, Mustafa Kamal Atatürkün xatirəsinə ehtiramlarını bildiriblər.
Türkiyənin Naxçıvandakı Baş Konsulluğunda davam edən anım tədbirində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib.
Sonra Mustafa Kamal Atatürkün həyat və hərbi-siyasi fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib. Tədbir çıxışlarla davam edib.
Qeyd edək ki, bu gün Atatürkün vəfatından 87 il ötür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 11 Noyabr 2025 00:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















