Naxçıvanda ötən gün 2 kənddə yanğın baş verib VİDEO
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Naxçıvan, 24 fevral, AZƏRTAC
Ötən gün ərzində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında nazirliyin yanğından mühafizə bölmələri tərəfindən 2 yanğın hadisəsinə çıxış həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Şərur rayon Yengicə kəndində ot bağlamalarında, Ordubad rayonu Darkənd kəndində isə quru ot və kol-kos sahələrdə yanğın hadisələri baş verib.
Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların daha geniş sahələrə yayılmasının qarşısı alınaraq operativ söndürülməsi təmin edilib.
Bu mövzuda digər xəbərlər:Naxçıvanda ötən ay 50 yanğın hadisəsi baş verib
06 Avqust 2026 09:45
Naxçıvanda mənzildə yanğın VİDEO
31 Avqust 2026 15:26
Ötən həftə Naxçıvanda 11 yanğın qeydə alınıb
08 Sentyabr 2025 11:55
Naxçıvanda kafedə yanğın baş verib KONKRET
04 May 2025 15:42
Naxçıvanda hərbi hissədə yanğın baş verib
01 Mart 2026 15:36
Baxış sayı:144
Bu xəbər 24 Fevral 2026 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















