Naxçıvanda ötən il 60 məhkum azadlığa buraxılıb
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 19 dekabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarının icrası Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir.
APA xəbər verir ki, bugünədək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində 60 nəfər məhkum azadlığa buraxılıb ki, bunlardan 2 nəfəri böyük ictimai təhlükə törətməyən, 1 nəfəri ağır, 57 nəfəri isə az ağır cinayət törədənlərdir.
Həmçinin 72 nəfər məhkumun cəzası 6 ay azaldılıb. Cəzası 6 ay azaldılan 1 nəfər az ağır, 4 nəfər isə ağır (ehtiyatsızlıqdan) cinayət törədənlərdir.
Amnistiya aktının icrasının davamı olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yerli icra və probasiya qurumları tərəfindən isə 118 nəfər məhkum barəsində amnistiya tətbiq etmə barədə qərar qəbul edilməklə cəzadan azad edilib. Eyni zamanda, 33 nəfər məhkumun barəsində amnistiya tətbiq edilməsi ilə bağlı müvafiq məhkəmələrə təqdimatlar verilib və həmin təqdimatlar təmin olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 06 Yanvar 2026 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















