Naxçıvanda ötən il sosial müavinət və təqaüdlər artıb
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
2025-ci ildə Naxçıvanda sosial ödənişlər üzrə dövlət dəstəyi əhəmiyyətli dərəcədə genişlənib və ümumi rəqəmlər artım trendini açıq şəkildə göstərir.
Milli.Az Trend-ə istinadən bildirir ki, il ərzində sosial müavinətlər və təqaüdlər üzrə ümumilikdə 79,4 milyon manat vəsait ödənilib və bu göstərici əvvəlki illə müqayisədə 12% artım deməkdir.
Vəsait bölgüsünə baxdıqda, aylıq sosial müavinətlər üçün 45,9 milyon manat, birdəfəlik müavinətlər üçün isə 1,1 milyon manat ayrılıb. Məcburi dövlət sosial sığorta hesabına ödənilən müavinətlərin həcmi 4,9 milyon manat, Prezident təqaüdləri üzrə ödənişlər isə 31,8 milyon manat təşkil edib.
Sosial təminatda diqqətçəkən məqam isə avtomatlaşdırılmış təyinat sistemidir. İl ərzində 7 158 nəfərə sosial müavinət və təqaüd proaktiv qaydada təyin edilib ki, bu da ümumi təyinatların 79%-ni təşkil edir. Məcburi dövlət sosial sığorta hesabına müavinətlər üzrə isə əlavə olaraq 1 882 nəfərə proaktiv təyinat aparılıb.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 14 Aprel 2026 19:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















