Naxçıvanda peşə təhsili müəssisələrinin əməkdaşları üçün təlimlər keçirilib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Naxçıvan, 4 fevral, AZƏRTAC
Fevralın 4-dən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinə uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin əməkdaşları üçün təlimlərə başlanılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları tərəfindən keçirilən 4 günlük təlimlərdə iştirakçılara kurikulumların hazırlanması, tətbiqi, tədrisin təşkili, attestasiya qaydaları, sənədlərlə iş, tələbə təqaüdlərinin verilməsi qaydası, istehsalat təlimi və təcrübəsinin təşkili ilə bağlı əyani vasitələrdən istifadə edilərək məlumatlar verilib, təlim iştirakçılarının sualları cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 04 Fevral 2025 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















