Naxçıvanda piyadanın vurulması ilə nəticələnən zəncirvari qəza olub
Icma.az bildirir, Apa.az portalına istinadən.
Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, "Audi" markalı avtomobil arxadan piyada zolağından keçən şəxsə yol vermək üçün dayanan "Hyundai" markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində "Hyundai" markalı avtomobil piyada zolağından keçən Türkiyə Cümhuriyyəti vətəndaşı, 1995-ci il təvəllüdlü Başaran Duyqu Nihat qızını vurub.
O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına aparılıb, vəziyyəti orta-ağırdır.
Hadisə yerinə polis əməkdaşları gəlib, faktla bağlı araşdırma aparılır.

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən zəncirvari QƏZA
18 Noyabr 2024 00:49
Naxçıvanda zəncirvari qəza olub
08 Yanvar 2025 16:34
Naxçıvanda zəncirvari QƏZA olub FOTO
17 Noyabr 2024 23:33
Naxçıvanda piyada ölümü ilə nəticələnən qəza olub
07 Dekabr 2024 15:58
Naxçıvanda piyada ölümü ilə nəticələnən qəza olub FOTO
08 Dekabr 2024 03:43

