Naxçıvanda probasiya sahəsi üzrə daxil olan işlər 8 faiz artıb AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
Naxçıvan, 23 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında ötən il işlərin icrasını təmin etmək məqsədilə 341 borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılıb, zərurət aradan qalxdığından 231 borclunun məhdudiyyəti üzərindən götürülüb.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2024-cü ildə yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi ilə bağlı aliment tələbi üzrə işlər daim nəzarətdə saxlanılıb. Qərarların icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 138 nəfər borclu barəsində məhkəmə qərarları ilə inzibati qaydada həbs tətbiq edilib. Ötən il probasiya sahəsi üzrə daxil olan işlər 2023-cü ilin müvafiq dövrünə nisbətən 8 faiz artaraq 231 nəfərə çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 23 Yanvar 2025 21:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















