Naxçıvanda qaçış üzrə muxtar respublika birinciliyi keçirildi
Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Naxçıvanda məktəbli oğlan və qızlar arasında "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş atletikanın qaçış növü üzrə muxtar respublika birinciliyi keçirilib.
Fanat.Az xəbər verir ki, Naxçıvan Muxtar Respublika stadionunda reallaşan yarışda şəhər və rayonlardan ümumilikdə 70-ə yaxın məktəbli mükafatlar uğrunda mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman və Təhsil nazirlikləri tərəfindən birgə təşkil olunan birincilikdə idmançılar 100, 200, 400, 800 və 1500 metr məsafələri qət ediblər.
Oğlanlar arasında Məhəmməd İsgəndərli (100 m), Murad Muradov (200 m), Uğur Məmmədli (400 m), Vedat Babayev (800 m) və Namiq Babayev (1500 m) yarışı birinci sırada bitiriblər. Qızların mübarizəsində isə Aysel Hüseynova (100 m), Zeynəb Babayeva (200 m), Dilək Məmiyeva (400 m) və Duyğu Hüseynova (800 m) ən yaxşı nəticəyə imza atıblar.
İlk üç yerin sahiblərinə diplom, medal və hədiyyələr təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 21 Oktyabr 2025 20:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















